...

Professor Aida İmanquliyeva müasir ərəb ədəbiyyatının öyrənilməsində yeni səhifə açib - Nərgiz Paşayeva

Siyasət Materials 10 Oktyabr 2009 16:35 (UTC +04:00)
Professor Aida İmanquliyeva - elmi əməyi bu gün də bütün dünyanın şərqşünas alimlərinin diqqət mərkəzində olan ilk şərqşünas qadındır, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva şənbə günü görkəmli alim, professor Aida İmanquliyevanın 70 illiyinə həsr edilən "Qərb və Şərq: Ümumi mənəvi dəyərlər, elmi mədəni əlaqələr" mövzusunda Beynəlxalq İbn Ərəbi simpoziumunda deyib.
Professor Aida İmanquliyeva müasir ərəb ədəbiyyatının öyrənilməsində yeni səhifə açib - Nərgiz Paşayeva

Azərbaycan, Bakı, 10 oktyabr / Trend , müxbir S.Ağayeva / Professor Aida İmanquliyeva - elmi əməyi bu gün də bütün dünyanın şərqşünas alimlərinin diqqət mərkəzində olan ilk şərqşünas qadındır, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva şənbə günü görkəmli alim, professor Aida İmanquliyevanın 70 illiyinə həsr edilən "Qərb və Şərq: Ümumi mənəvi dəyərlər, elmi mədəni əlaqələr" mövzusunda Beynəlxalq İbn Ərəbi simpoziumunda deyib.

"Aida İmanquliyevanın adı görkəmli Azərbaycan alimlərinin adları cərgəsində layiqli yer tutur" Nərgiz Paşayeva deyib.

"Aida xanım İmanquliyeva Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının tədqiqatçısı və ərəb dili üzrə elmlər doktoru olmaqla müasir ərəb ədəbiyyatının öyrənilməsində yeni səhifə açıb, yeni bir məktəbin əsasını qoyub", - Nərgiz Paşayeva deyib.

Professor Aida İmanquliyeva özündən sonra zəngin ədəbi irs qoyub, o belə deyib. Onun fundamental tədqiqatları Azərbaycan və dünya şərqşünaslığını zənginləşdirib.

Nərgiz Paşayeva onu qızı kimi də xarakterizə edib. "Aida xanım gözəl həyat yoldaşı, gözəl ana, sədaqətli rəfiqə, alicənab qadın olub. O, Azərbaycan və Şərq qadının müdriklik və zəriflik təcəssümü idi" - o deyib.

Aida xanım qərb və şərq xalqlarının dilində danışmağı bacarıb, onda şərqin ruhu və qərbin əqli təcəssüm edib.

"Aida İmanquliyeva özündə qərb və şərqin mənəvi dəyərlərini birləşdirib" Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov simpoziumda deyib. O, müasir ərəb ədəbiyyatının öyrənilməsində yeni səhifə açan Aida xanımın yaradıcılığını yüksək qiymətləndirib.

Mahmud Kərimovun sözlərinə görə, Aida xanım İmanquliyevanın tədqiqat işləri və tərcümələri Azərbaycan ədəbiyyatının mənsubiyyətidir. Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru işlədiyi vaxtlarda o elmin bu sahəsinin təkmilləşməsi üçün böyük işlər görüb, o deyib.

Professor Aida İmanquliyevanın 70 illiyinə həsr edilən simpozium Azərbaycan Milli Elmlər Akademiyası və Böyük Britaniyanın Oksford Universitetinin İbn Ərəbi Cəmiyyəti tərəfindən təşkil edilib.

9-11 oktyabrda keçirilən simpoziumda görkəmli şərqşünas alim Aida İmanquliyevanın yaradıcılığında Şərq-Qərb mədəniyyətlərinin qarşılıqlı təsiri və əlaqələri, ortaq mənəvi dəyərləri, sivilizasiyaların yeni inkişaf mərhələsinin mədəni təməlini formalaşdıran amillər, İbn Ərəbinin bədii, fəlsəfi yaradıcılığı ilə Azərbaycan klassik ədəbiyyatı arasında əlaqə və digər mövzularda məruzələr dinləniləcək, bu istiqamətdə müasir dünya elmini düşündürən problemlər ətraflı müzakirə olunacaq.

Simpoziumda dünyanın humanitar və ictimai elmlər sahəsində aparıcı elm mərkəzləri olan ABŞ-ın Corc Vaşinqton və Boston universitetlərinin, Rusiya Elmlər Akademiyasının Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun, Sankt-Peterburq Şərq Əlyazmalar İnstitutunun, eləcə də Fransa, İspaniya, Misir və digər ölkələrin tanınmış alimləri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti