...

Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirak edən hərbçilərinə müharibə veteranı adı veriləcək

Siyasət Materials 15 Oktyabr 2009 14:41 (UTC +04:00)
"Sülhməramlıların statusu haqqında" qanun layihəsi beynəlxalq hüquqi qanunvericiliyə uyğun hazırlanıb. İclasda sülhməramlı əməliyyatlarda iştirak edən hərbçilərimiz həlak olarlarsa, onlara şəhidlik statusunun, eləcə də digər güzəştlərin nəzərdə tutulması məsələsi daha geniş müzakirə olunub. Nəticədə belə qərara gəldik ki, şəhidlik statusu yalnız ölkənin ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərə verilə bilər. Amma sülhməramlı əməliyyatlarda iştirak edən hərbçilərimizə müharibə veteranı adının, eləcə də maddi yardımların edilməsi layihədə öz əksinin tapıb".
Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirak edən hərbçilərinə müharibə veteranı adı veriləcək

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir A..Hüseynbala/

Azərbaycan Parlamentinin komitəsinin bu gün keçirilən iclasında sülhməramlılarla bağlı qanun layihəsini payız sessiyasında müzakirə üçün tövsiyə edib.

"Sülhməramlıların statusu haqqında" qanun layihəsi beynəlxalq hüquqi qanunvericiliyə uyğun hazırlanıb. İclasda sülhməramlı əməliyyatlarda iştirak edən hərbçilərimiz həlak olarlarsa, onlara şəhidlik statusunun, eləcə də digər güzəştlərin nəzərdə tutulması məsələsi daha geniş müzakirə olunub. Nəticədə belə qərara gəldik ki, şəhidlik statusu yalnız ölkənin ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərə verilə bilər. Amma sülhməramlı əməliyyatlarda iştirak edən hərbçilərimizə müharibə veteranı adının, eləcə də maddi yardımların edilməsi layihədə öz əksinin tapıb", - cümə axşamı Trend -a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

Trend -un arayışı: Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda 45 sülhməramlısı xidmət edir, həmin əsgərlər Kabil şəhərində post patrul xidmətini həyata keçirirlər. Parlament ötən ilin oktyabrINda Əfqanıstandakı sülhməramlıların sayının iki dəfə artırılması və 90 nəfərə çatdırılması barədə qanun qəbul edib. Azərbaycan Parlamenti ötən il martın 4-də Kosovanın birtərəfli şəkildə Serbiyadan ayrılaraq müstəqilliyini elan etməsindən sonra yaranmış siyasi vəziyyətlə əlaqədar olaraq, vilayətdə xidmət edən 34 azərbaycanlı sülhməramlının geri çağırılması haqqında qərar qəbul edib. Azərbaycan Silahlı Qüvvələrinin İraqda Çoxmillətli Qüvvələrin tərkibində 150 hərbçisinin isə xidmət müddəti başa çatıb.

Orucun sözlərinə görə, layihəyə Maliyyə, Daxili İşlər, Fövqəladə Hallar və Müdafiə nazirliklərindən, Sərhəd Qoşunlarından, eləcə də Prezident Administrasiyasından müsbət rəy alınıb.

"Layihədə Azərbaycan sülhməramlılarının vəziyyəti haqda hər il parlamentə məlumat verilməsi nəzərdə tutulur. Bizi daha çox sülhməramlıların sosial müdafiəsi ilə bağlı məsələ narahat edir", - komitə üzvü əlavə edib.

Millət vəkili qeyd edib ki, Azərbaycan 1999-cu ildən sülhməramlı əməliyyatlarda iştirak edir: "Bu, Azərbaycana ötən illərdə çox böyük uğur gətirib. Sülhməramlı əməliyyatlarda iştirakımız həm də dövlətimizin beynəlxalq təhlükəsizliyinə təminat verir. Bu səbəbdən sülhməramlılarla bağlı ayrıca qanunun qəbulu olduqca zəruridir", - komitə üzvü əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti