...

ABŞ-ın Gürcüstana münasibətdə siyasəti dəyişməz olaraq qalıb - səfir Con Bas

Siyasət Materials 28 Oktyabr 2009 16:02 (UTC +04:00)
ABŞ-ın Gürcüstana münasibətdə siyasəti dəyişməz olaraq qalır - bu siyasət Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və heç bir zaman Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımayacaq.
ABŞ-ın Gürcüstana münasibətdə siyasəti dəyişməz olaraq qalıb - səfir Con Bas

Gürcüstan, Tbilisi, 28 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

ABŞ-ın Gürcüstana münasibətdə siyasəti dəyişməz olaraq qalır - bu siyasət Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və heç bir zaman Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımayacaq. Bu barədə ABŞ-ın Gürcüstandakı yeni səfiri Con Bas bu gün Rustavi-2 telekanalına müsahibəsində bəyan edib.

"Biz heç bir zaman Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımayacağıq", - o bildirib.

Səfir münaqişənin insanların həyatında buraxdığı neqativ halları qeyd edib. "Biz inanmırıq ki, güc münaqişələrin nizama salınmasının və sabitliyin yaradılmasının əsasıdır", - Con Bas deyib.

Onun sözlərinə görə, Gürcüstan qaçqınların öz doğma evlərinə qayıtmaları üçün çalışmalıdır.

"İlk növbədə, Gürcüstan ərazi münaqişələrinin nizama salınması üzrə iş görməlidir, bunun üçün də Gürcüstanın firavan və iqtisadi cəhətdən inkişaf etmiş ölkə olması lazımdır", - səfir deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti