Azərbaycan, Bakı, 03 noyabr / Trend , müxbir V.Javoronkova/
Hindistanın Azərbaycandakı səfirliyi noyabrın 3-də Bakıda azərbaycanlı jurnalist Afət Məmmədovanın iki ölkənin münasibətlərindən bəhs edən "Hindistan-Azərbaycan əlaqələri" adlı kitabını təqdimatını keçirib.
"Kitabın müəllifi səfirlik açılan gündən Azərbaycan və Hindistan arasındakı ikitərəfli əlaqələr haqqında məlumat toplayıb", - Hindistanın Azərbaycandakı səfiri Debnad Şou jurnalist Afət Məmmədovanın "Hindistan-Azərbaycan əlaqələri" adlı kitabının təqdimatında deyib.
Kitabda 10 il ərzində Azərbaycan-Hindistan münasibətlərinin inkişafı barədə söhbət açılır. Kitabın nəşr etdirilməsində Azərbaycanın Hindistan icmasının nümayəndələri müəllifə kömək göstəriblər.
"Müstəqillik əldə edildikdən sonra Azərbaycan-Hindistan münasibətləri haqdqına demək olar ki, heç nə yazılmayıb", - Şou deyib.
Səfirin sözlərinə görə, Azərbaycan Xarici Dillər Universiteti Hindistan mədəniyyəti və dilinin öyrənilməsi üzrə Hindistan Mərkəzinin açılmasına maraq göstərir.
"Universitet bu ideyanın Hindistan vətəndaşlarının dəstəyi ilə həyata keçiriləcəyinə ümidvardır", - səfir deyib. O, həmçinin bildirib ki, hind dilinin öyrənilməsi üzrə mərkəz açıla bilər.
"Lakin bütün bunlar hələ danışıqlar səviyyəsindədir. Biz universitetə bu ideyanın həyata keçirilməsi üçün əlimizdən gələn köməyi edəcəyik", - Şou deyib.