Azərbaycan, Bakı, 13 noyabr / Trend , müxbir A.Hüseynbala/
Azərbaycanda uşaq doğuşu üçün birdəfəlik müavinətlər 75 manata qədər artırılmalıdır. Bu sözləri Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il üçün budcəsinin müzakirəsi zamanı hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi, deputat Əli Əhmədov deyib.
Onun fikrincə, bu yardımı da ünvanlı etmək lazımdır. "Elə ailələr var ki, bu pula ehtiyacı var. Ehtiyacı olmayanlar isə onsuz da gəlib həmin pulu almırlar. Bəlkə, bu müavinəti də ünvanlı etmək daha yaxşı olardı", - Əhmədov deyib.
Əli Əhmədov pensiya sistemindəki daha bir məsələni - həm pensiya almaq, həm də işləyib əməkhaqqı almağı sosial ədalətsizlik adlandırıb. Onun sözlərinə görə, hər bir insan ya işləyib əməkhaqqı almaldır, ya da pensiyaya çıxmalıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]