...

Azərbaycan Parlamentinin sədr müavini Almaniyaya gedəcək

Siyasət Materials 18 Noyabr 2009 18:12 (UTC +04:00)
"Milli Məclis sədrinin müavini Bahar Muradova və deputat Fazil Qəzənfəroğlu Avropa Azərbaycanlıları Konqresi və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısında iştirak etmək üçün noyabrın 20-də Almaniyanın Frankfurt şəhərinə yola düşəcəklər", - çərşənbə günü Trend News-a Milli Məclisin mətbuat xidmətindən bildirilib.
Azərbaycan Parlamentinin sədr müavini Almaniyaya gedəcək

Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin sədr müavini və deputat Almaniyaya gedəcək.

"Milli Məclis sədrinin müavini Bahar Muradova və deputat Fazil Qəzənfəroğlu Avropa Azərbaycanlıları Konqresi və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısında iştirak etmək üçün noyabrın 20-də Almaniyanın Frankfurt şəhərinə yola düşəcəklər", - çərşənbə günü Trend -a Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Tədbirdə "Azərbaycan-Türkiyə: ortaq tarix, ortaq maraqlar və problemlər", eləcə də "Azərbaycanla Türkiyənin qloballaşan dünyaya inteqrasiyası" mövzularında müzakirələr aparılacaq. "Bundan başqa, hər iki ölkənin diaspor təşkilatları arasında əməkdaşlıq, münasibətlərimizin perspektivləri, inkişaf səviyyəsi, xaricdə yaşayan soydaşlarımızda ictimai-siyasi fəallığın artırılması, ölkəmiz tərəfindən buna dəstək, diaspor təşkilatları çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq barədə ətraflı fikir mübadiləsi aparılacaq. Regionda təhlükəsizliyə və sabitliyə maneə törədən Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər tədbir iştirakçılarının diqqətinə çatdırılacaq", - məlumatda vurğulanır.

Muradova tədbirdə "Türk Parlament Assambleyası türkdilli ölkələr arasında əməkdaşlığın inkişafında mühüm amil kimi" mövzusunda məruzə ilə çıxış edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti