...

Gürcüstanın reinteqrasiya üzrə dövlət naziri ABŞ Müdafiə Departamentinin nümayəndələri ilə görüşüb

Siyasət Materials 20 Noyabr 2009 13:57 (UTC +04:00)
Gürcüstanın seperatçı regionlarında təhlükəsizliyin təmin olunması məsələləri Gürcüstanın reinteqrasiya üzrə dövlət naziri Temur Yakobaşvilinin ABŞ Müdafiə Departametinin nümayəndələri ilə görüşü zamanı müzakirə olunub.
Gürcüstanın reinteqrasiya üzrə dövlət naziri ABŞ Müdafiə Departamentinin nümayəndələri ilə görüşüb

Gürcüstan, Tbilisi, 20 noyabr / Trend , müxbir N.Kirtsxalia/

Gürcüstanın seperatçı regionlarında təhlükəsizliyin təmin olunması məsələləri Gürcüstanın reinteqrasiya üzrə dövlət naziri Temur Yakobaşvilinin ABŞ Müdafiə Departametinin nümayəndələri ilə görüşü zamanı müzakirə olunub.

"Biz qonaqları işğal olunmuş ərazilərdə təhlükəsizlik sisteminin yaradılması ilə bağlı planlarımızla tanış etdik. Həmçinin regionda təhlükəsizliyin təmin olunması üçün göstərilən yardım prosesində Amerika tərəfinin rolunu nədə gördüyümüz barədə də danışdıq", - dövlət naziri bəyan edib.

ABŞ Müdafiə Departamentinin nümayəndə heyəti elə bu gün Parlamentin müdafiə və təhlükəsizlik komitəsinin üzvləri ilə görüşüb.

Bütün görüşlər bağlı qapı arxasında keçirilib. Amerika tərəfi şərh verməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti