Gürcüstan, Tbilisi, 04 yanvar / Trend , müxbir N.Kirsxaliya/
Gürcüstanın müxalifət partiyalarının Gürcüstanda seçkilərin BMT-nin himayəsi altında keçirilməsi ilə bağlı təşkilatın Baş Katibinə ünvanlanmış müraciəti Nyu Yorka yanvarın 5-də göndəriləcək. Bu barədə Gürcüstanın Leyborist Partiyasının mətbuat xidmətindən Trend -a bildirilib.
Leyboristlərin müraciətinə "Yeni sağçılar", "Vahid Gürcüstan - demokratik hərəkat", "Ağlar" hərəkatı, "Vahid Gürcüstan naminə hərəkat", "Ədalətli Gürcüstan naminə hərəkat", "Sənayeçilər", "Azadlıq", "Gürcüstanın yolu", "Milli forum", Mühafizəkarlar Partiyası, Respublkaçılar Partiyası, "Gürcüstanın inkişafı naminə" sosial-demokrat hərəkatı, Qadın Partiyası, "Kartulu Dasi", Xrsitian-demokrat hərəkatı, "Bizim Gürcüstan - azad demokratlar", o cümlədən "Gürcüstanın Müdafiəsi" ictimai hərəkatı və müstəqil deputatlar Giya Saqareişvili və Karlo Kopalianı qoşulub.
Müxalifət partiyaları hesab edir ki, bu gün ölkədə demokratik seçkilərin keçirilməsi üçün münasib seçki və siyasi mühit mövcud deyil.