...

Azərbaycanın RF-dəki səfirliyi Rusiya XİN-ə nota təqdim edib

Siyasət Materials 16 Yanvar 2010 12:04 (UTC +04:00)
Azərbaycanın Rusiyadakı səfirliyi RF Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin bəyanatı ilə əlaqədar olaraq Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib. Bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov Trend News-a bildirib.
Azərbaycanın RF-dəki səfirliyi Rusiya XİN-ə nota təqdim edib

Azərbaycan, Bakı, 16 yanvar / Trend , müxbir S.Ağayeva/

Azərbaycanın Rusiyadakı səfirliyi RF Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin bəyanatı ilə əlaqədar olaraq Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib. Bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov Trend -a bildirib.

Jirinovski Latviyanın "Neatkarigas Rita Avize" qəzetinə müsahibəsində bildirib ki, "əgər Dağlıq Qarabağ öz müstəqilliyini elan etsə, bu zaman Rusiya onu tanımalıdır".

"Məktubda Rusiya Parlamenti vitse-spikerinin bu cür müraciətlərinə etiraz ifadə olunur və RF Dövlət Duması nümayəndələrinin bu cür ifadələrinin iki ölkə arasındakı münasibətlərin ruhuna uyğun gəlmədiyi göstərilir", - Poluxov deyib.

Xəbər lenti

Xəbər lenti