...

Türkiyə çətin ki, Ermənistanla münasibətlərin normallaşdırılması prosesini davam etdirsin - ekspertlər

Siyasət Materials 19 Fevral 2010 13:27 (UTC +04:00)
Ermənistan-Türkiyə protokollarının Ermənistan Parlamentində tezliklə ratifikasiya edilməsi ehtimalına baxmayaraq, Ankara cətin ki, Yeravan ilə münasibətlərin normallaşdırılması prosesini davam etdirə. Ekspertlər bu cür hesab edir.
Türkiyə çətin ki, Ermənistanla münasibətlərin normallaşdırılması prosesini davam etdirsin - ekspertlər

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir E.Tariverdiyeva/

Ermənistan-Türkiyə protokollarının Ermənistan Parlamentində tezliklə ratifikasiya edilməsi ehtimalına baxmayaraq, Ankara cətin ki, Yeravan ilə münasibətlərin normallaşdırılması prosesini davam etdirsin. Ekspertlər bu cür hesab edir.

"Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən protokolların ruhuna gətirilən dəyişiklikdən sonra, həmin protokollar Türkiyənin siyasətinə uyğun gəlmir və çətin ki, Türkiyə hökuməti Ermənistan-Türkiyə protokolları mövzusunu gələcəkdə davam etidirsin", - Türkiyə Beynəlxalq Əlaqələrvə TÜRKSAM-ın Starteji Analiz Mərkəzinin rəhbəri Sinan Oqan deyib.

Ermənistan-Türkiyə münasibətələrinin normallaşdırılması haqqında protokollar fevralın 19-da Ermənistan Parlamentinin Xarici Əlaqələr üzrə daimi Komissiyasına ilkin müzakirələr üçün təqdim ediləcək. Bu barədə Milli Şuranın Xarici Əlaqələr üzrə komissiyasının rəhbəri Armen Rustamyan bildirib, PanARMENIAN.Net yazır.

Türkiyə və Ermənistan XİN rəhbərləri Əhməd Davudoğlu və Edvard Nalbandyan 2009-cu il oktyabrın 10-da Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması haqqında protokol imzalayıb. İki ölkə arasında diplomatik münasibətlər 1993-cü ildə dayandırılıb.

1993-cü ildə Ermənistan və Türkiyə arasında sərhədlərin bağlanması və münasibətlərin pisləşməsinə səbəb Yerevanın dünyaya "Erməni soyqırımını" tanıtma iddiası və Ermənistan SQ-nin Azərbaycan ərazilərini işğal etməsidir.

Ermənistanın Konstitusiya Məhkəməsi protokolları qəbul etdikdən sonra Osmanlı İmperiyası zamanı 1915-ci il hadisələrini araşıdıracaq ortaq komissiyaya ehtiyac olmadığını və Ermənistanın "soyqırım"ın qəbul edilməsi tələbindən heç vaxt əl çəkməyəcəyini bildirib.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistan Konstitusiya Məhkəməsinin iki ölkə arasındakı protokollar üzrə öz qərarına yenidən baxmadığı təqdirdə, Ankara və Yerevan arasındakı diplomatik əlaqələrin pozula biləcəyi barədə xəbərdarlıq edib.

Ekspertlərin fikrincə, protokolların radifikasiya müddətinin belə uzadılması ondan xəbər verir ki, ölkələr xarici təzyiqlərə baxmayaraq normallaşdırma prossesini davam etdirməyəcəklər.


Sürixdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması haqqında protokolların imzalanmasından dörd ay ötüb və iki qonşu ölkə arasında münasibətlərin normallaşmasına dair ümidlər artıq itib. Bunu Le Monde-də şərhçi Qiyom Peryo bildirib, İnopress yazır.

Oqan hesab edir ki, Türkiyənin xarici siyasəti Ermənistana qarşı çox sadəlövhdür, onlar hesab edirlər ki, protokollar məsələsində Ermənistana etibar etmək olar və onun təsdiqlənməsinə bütün xarici siyasəti yönəldib.

"Lakin Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə razılaşmamaqla yanaşı, həmçinin protokollara "soyqırım" haqında bənd əlavə edərək protokolların ruhunu saxlamayıb, bütün bunlardan sonra çətin ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesini davam etdirsin", - Oqan İstanbuldan telefon vasitəsilə Trend -a deyib.

Ermənistan Beynəlxalq Araşdırmalar Mərkəzinin Riçard Qriqosyanın fikrincə, Ermənistan-Türkiyə protokollarının ratifikasiya edilməməsi və hətta Türkiyə Parlamenti daxilində müzakirə edilməməsi faktı, yalnız mövcud olan "inam böhranını" daha da dərinləşdirəcək.

"Hər iki tərəf arasında dərin uçurum mövcuddur, belə ki, Ermənistan protokolların şərtlərini tamamilə yerinə yetirməyə hazırdır, Türkiyə isə indi, görünür ki, bundan boyun qaçırmaq üçün siyasi səbəblər axtarmağa çalışır", - Qriqosyan elektron poçt vasitəsilə Trend -a bildirib.

Müşahidəçilərin fikrincə, bununla yanaşı hətta Ermənistan Parlamenti protokolları ratifikasiya etsə belə Türkiyədən adekvat cavab gözləməyə dəyməz.

Oqanın fikrincə, Ermənistan Ankaraya təzyiq etmək və vaxt qazanmaq üçün mümkün olan hər şeyi edəcək. Lakin Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə razılaşmamaqla yanaşı, həmçinin protokollara "soyqırım" haqında bənd əlavə edərək protokolların ruhunu saxlamayıb ki, bu da Türkiyə üçün danışıqların məqsədəuyğunluğu haqqında fikirləşməyə səbəb yaradıb. Ekspert belə hesab edir.

"Hazırda Ermənistan protokolları öz parlamentində ratifikasiya edərək vaxtı aprel ayına qədər uzatmağa çalışır, bundan sonra Qərb müşahidəçilərinin Ankaraya təzyiqi başlayacaq. Ermənistan siyasi elitasının öz parlamentindəki prosedurların əvvəlinə kimi Ankaradan ratifikasiya tələb etməsinə baxmayaraq, mən əminəm ki, Ermənistan Parlament üzvləri bunu tez edəcəklər", - Oqan deyib.

Lakin Qriqosyanın fikrincə, indi xarici müşahidəçilər Türkiyənin qərarına təzyiq edə bilməz.

"Protokolların statusu indi Türkiyə xarici siyasətinin girovudur. İndi protokolların teliyinin Türkiyənin xarici siyasətinin gedişindən asılı olması faktı həmçinin bildirir ki, nə amerikalılar, nə Aİ, nə Rusiya, hətta Ermənistan nəticələrə təzyiq edə bilməz", - Qriqosyan deyib.

Ermənistan Parlamenti Ermənistan-Türkiyə protokollarını ratifikasiya etsə belə, Türkiyə Parlamentindən adekvat cavab gözləməyə dəyməz. Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Svante Kornel belə hesab edir.

Kornelin fikrincə, bir faktı nəzərə almaq lazımdır ki, əgər Ermənistan Parlamenti həmin protokolları ratifikasiya etsə, bu, Ermənistanın istədiyi kimi, Türkiyəyə qarşı təzyiqin güclənməsinə daha bir addım olacaq.

"Türkiyəyə qarşı təzyiq artacaq, lakin buna baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan çətin ki, Ankara münasibətlərin normallaşdırılması prosesini davam etdirsin", - o deyib.

Materialın hazırlanmasında R.Hafizoğlu iştirak edib.

Xəbər lenti

Xəbər lenti