...

Fransa Prezidenti Nikola Sarkozi "Şərəf Legionu" ordeninin zabit rütbəsi ilə təltif edilməsi ilə əlaqədar Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məktub göndərib

Siyasət Materials 19 Fevral 2010 17:23 (UTC +04:00)
Xəbər verdiyimiz kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Fransa Respublikası Prezidentinin Sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit rütbəsi ilə təltif edilmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Fransa Prezidenti Nikola Sarkozi "Şərəf Legionu" ordeninin zabit rütbəsi ilə təltif edilməsi ilə əlaqədar Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məktub göndərib

Xəbər verdiyimiz kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Fransa Respublikası Prezidentinin Sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit rütbəsi ilə təltif edilmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Bu münasibətlə Fransa Respublikasının Prezidenti Nikola Sarkozinin Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya ünvanladığı məktubun mətnini diqqətinizə çatdırırıq:

Əziz Xanım,
Çox böyük məmnuniyyətlə Sizə bildirirəm ki, mən, Sizin, zabit rütbəsində "Şərəf Legionu" ordeni ilə təltif edilməniz haqqında sərəncam imzalamışam.
Öz şəxsi orden fondumdan Sizi təltif etməyi qərara aldığım bu məşhur mükafat ölkəmizə göstərdiyiniz xidmətlərin keyfiyyətinə və ona münasibətdə nümayiş etdirdiyiniz sədaqətə görə olan mükafatdır.
Mən, həmçinin, bu münasibətlə, Fransanın bununla Sizə göstərdiyi layiq olduğunuz şərəfə görə Sizə özümün ən səmimi təbriklərimi ünvanlamaqdan çox şadam.
Əziz Xanım, Sizə böyük hörmət və ehtiramlarım olduğuna əmin ola bilərsiniz.

Nikola Sarkozi
Fransa Respublikasının Prezidenti

Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva Fransa Prezidenti Nikola Sarkoziyə cavab məktubu göndərmişdir. Məktubda "Şərəf Legionu" ordeninin zabit rütbəsi ilə təltifə görə Fransa Respublikasının Prezidenti Nikola Sarkoziyə minnətdarlıq bildirilir, bu təltif ölkələrimiz arasında əlaqələrin inkişafı naminə göstərilən xidmətlərə verilən yüksək qiymət kimi dəyərləndirilir. Mehriban xanım Əliyeva məktubda, həmçinin Azərbaycan-Fransa arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində səylərini bundan sonra da əsirgəməyəcəyini bildirmişdir.

Xəbər lenti

Xəbər lenti