...

Ermənistan Ərdoğanın bəyanatından nəticə çıxarmalıdır - Baş nazirin müşaviri

Siyasət Materials 17 Mart 2010 13:49 (UTC +04:00)
Ermənistan Baş nazir Rəcəb Tayyib Ərdoğanın ölkədə qeyri-leqal yaşayan 100 min erməninin ölkədən çıxarılması barədə verdiyi bəyanatdan nəticə çıxarmalıdır. Baş nazir Rəcəb Tayyib Ərdoğanın Avrasiya üzrə müşaviri Qeybulla Ramazanoğlu belə hesab edir.
Ermənistan Ərdoğanın bəyanatından nəticə çıxarmalıdır -  Baş nazirin müşaviri

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir R.Hafizoğlu/

Ermənistan Baş nazir Rəcəb Tayyib Ərdoğanın ölkədə qeyri-leqal yaşayan 100 min erməninin ölkədən çıxarılması barədə verdiyi bəyanatdan nəticə çıxarmalıdır. Baş nazir Rəcəb Tayyib Ərdoğanın Avrasiya üzrə müşaviri Qeybulla Ramazanoğlu belə hesab edir.

"Ermənistan və erməni lobbisi Ərodğanın bəyanatından nəticə çıxarmalıdır", - Ramazanoğlu çərşənbə günü Ankaradan telefonla Trend -a bildirib.

Trend -un arayışı: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan BBC teleradioşirkətinə verdiyi müsahibəsində bir neçə ölkənin parlamentində "erməni soyqırımı"nı tanıyan qətnaməsinin qəbul olması ilə bağlı suala cavab verərkən, Türkiyədə qeyri-leqal yaşayan 100 min erməninin ölkədən çıxarıla biləcəyini bildirib. "Mənim ölkəmdə 170 min erməni var, bunların 70 mini vətədaşımdır. Sabah lazım olarsa, 100 min erməniyə "ölkənizə qayıdın" deyəcəyəm. Onlar mənim vətəndaşım deyil. Onları ölkəmdə saxlamaq məcburiyyətində deyiləm", - Ərdoğan qeyd edib. Baş nazir onu da bildirib ki, Ermənistanın diaspor nəzarətindən yaxa qurtarması lazımdır.

Ramazanoğlu hesab edir ki, Baş nazir Ərdoğan bu bəyanatı ilə dünya ölkələrinə və erməni lobbisinə Türkiyənin də əlində ermənilərə qarşı geniş imkanların olduğunu göstərmək istəyir.

"Sirr deyil ki, Ermənistan "saxta soyqırım" və bir çox vasitələrlə rəsmi Ankaraya təzyiq göstərməkdədir. Ermənistan başa düşməlidir ki, Türkiyə də onun kimi müxtəlif təzyiq vasitələrindən istifadə edə bilər", - o əlavə edib.

Ramazanoğlu  hesab edir ki, erməni lobbisinin Ərdoğanın bəyanatına görə geri çəkiləcəyi bir o qədər də inandırıcı deyil.

"Ermənilərin rifahı heç vaxt erməni lobbisi üçün aktuallıq kəsb etmıəyib və lobbi Ermənistanın mənafeyi üçün çalışmayıb", - o bildirib.

Ərdoğanın bəyanatının Türkiyə-Ermənistan münasibətlərinin gələcəyinə necə təsir edəcəyi məsələsinə münasibət bildirən Ramazanoğlu qeyd edib ki, hazırda danışıqlar "dalana dirənib" və Ermənistan Türkiyə və Azərbaycana qarşı tutduğu mövqedən əl çəkməyənə qədər bu danışıqlarda irəliləyiş olmayacaq.

Xəbər lenti

Xəbər lenti