...

Prezident Ilham Əliyev Cəlilabadda şahmat məktəbinin açılışında iştirak edib

Siyasət Materials 30 Aprel 2010 22:19 (UTC +04:00)
Prezident İlham Əliyev Cəlilabaddakı şahmat məktəbinin açılışında iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Prezident Ilham Əliyev Cəlilabadda şahmat məktəbinin açılışında iştirak edib

Prezident İlham Əliyev Cəlilabaddakı şahmat məktəbinin açılışında iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və məktəblə yaxından tanış oldu.

Məktəbdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən şahmatın inkişafı ilə bağlı xidmətlərinə həsr olunan fotoguşə yaradılmışdır.

Bildirildi ki, Prezident İlham Əliyevin "Azərbaycanda şahmatın inkişaf etdirilməsi haqqında" Sərəncamı və "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"na uyğun olaraq beynəlxalq standartlar səviyyəsində tikilmiş şahmat məktəbinin ümumi ərazisi 550 kvadratmetrdir. Məktəbin şahmat fiquru olan top şəklində tikilən binası 6 mərtəbəlidir. Hər mərtəbədə yarış, təlim-məşq, xüsusi şahmat proqramları ilə yüklənmiş kompyuter zalları vardır. Bütün mərtəbələrdə müasir tipli elektron və maqnit şahmat lövhələri quraşdırılmışdır. Müasir maddi-texniki bazaya malik olan məktəbdə şahmat üzrə müxtəlif səviyyəli yarışların keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Ərazi abadlaşdırılmış, məktəbin girişində şahmat fiqurları quraşdırılmışdır.

Prezident İlham Əliyev burada uşaqlarla şahmat oynadı, onlara idman karyeralarında uğurlar arzuladı.

Xəbər lenti

Xəbər lenti