...

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Türkiyədə demokratik vəziyyət üzrə monitorinq keçirəcək

Siyasət Materials 8 May 2010 18:24 (UTC +04:00)
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Türkiyə əyalətlərində demokratik vəziyyətin qiymətləndirilməsi üzrə ümumi monitorinq keçirəcək, - Konqresin mətbuat xidmətindən verilən məlumatda belə deyilir.
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi  Türkiyədə demokratik  vəziyyət üzrə monitorinq keçirəcək

Azərbaycan, Bakı, 8 may /Trend, Ü.Sadıxova/

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Türkiyə əyalətlərində demokratik vəziyyətin qiymətləndirilməsi üzrə ümumi monitorinq keçirəcək, - Konqresin mətbuat xidmətindən verilən məlumatda belə deyilir. Bu, 2009-cu ilin yanvarından bu günə qədər keçirilən ikinci monitorinq olacaq.

Konqresin nümayəndə heyəti Herviq Van Staa və Anders Knape Ankara şəhərinin meri Kamal Onar və Diyarbəkir şəhərinin icra başçısı Osman Bəydəmir, həmçinin, Türkiyənin daxili işlər və ədliyyə nazirliklərinin nümayəndələri və insan haqqları üzrə cəmiyyətin rəhbəri Öztürk Türkdoğanla görüşəcək.

Səfərin yekununda konqresin məruzəsi dinləniləcək.

Konqresin Türkiyədə demokratik vəziyyətə dair sonuncu məsləhətləri 2005-ci ilin noyabr ayındakı monitorinq çərçivəsində qəbul olunub. 2007-ci ilin noyabr ayında konqres Cənub-Şərqi Anadolunun icra və bələdiyyə başçılarının mövqeyi ilə bağlı məruzə hazırlayıb. 2008-ci ilin mart ayında isə Avropa Şurası konqresmenləriTürkiyənin Daxili İşlər Nazirliyində yerli və regional hakimiyyət məsələləri üzrə katib müavini Zəkəriyyə Sərbəklə görüşüblər.

Xəbər lenti

Xəbər lenti