Azərbaycan Prezidenti İlham Əliyev cümə günü "Azərbaycan Respublikasının Goranboy rayonunun və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanunun tətbiq edilməsi barədə sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Sərəncama əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir. Nazirlər Kabineti həmçinin Azərbaycan Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etməlidir və bu barədə Azərbaycan Prezidentinə məlumat verməlidir, bundan başqa, öz səlahiyyətləri daxilində bu qanundan irəli gələn digər məsələləri həll etməlidir.