...

ABŞ-ın dövlət katibi Hillari Klinton Şəhidlər xiyabanını ziyarət edib

Siyasət Materials 4 İyul 2010 12:13 (UTC +04:00)
Azərbaycanda rəsmi səfərdə olan ABŞ-ın dövlət katibi xanım Hillari Klinton bazaar günü Şəhidlər xiyabanını ziyarət edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
ABŞ-ın dövlət katibi Hillari Klinton Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan ABŞ-ın dövlət katibi xanım Hillari Klinton bazar günü Şəhidlər xiyabanını ziyarət edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Hillari Klinton Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üstünə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Hillari Klinton Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib.

Qonağa Bakıda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Xəbər lenti

Xəbər lenti