...

Krımda MDB ölkələrinin qeyri-formal sammiti başlayıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 10 İyul 2010 23:45 (UTC +04:00)
MDB üzvü olan dövlətlərinin başçılarının qeyri-formal görüşü şənbə günü axşam Ukraynanın cənubundakı Yalta şəhərində açılıb. Forum məşhur Livadiya sarayında keçirilir.
Krımda MDB ölkələrinin qeyri-formal sammiti başlayıb (ƏLAVƏ OLUNUB)

RED: əlavəsi: Forum iştirakçılarının çıxışları əlavə olunub

Ukrayna, Yalta, 10 iyul /Trend, xüsusi müxbir L.Skipina/

MDB üzvü olan dövlətlərinin başçılarının qeyri-formal görüşü şənbə günü axşam Ukraynanın cənubundakı Yalta şəhərində açılıb. Forum məşhur Livadiya sarayında keçirilir.

Forumda 11 MDB ölkələrinin prezidentlərindən altısı iştirak edir - Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sərqsyan, Belarusun dövlət başçısı Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, RusiyaUkrayna prezidentləri Dmitri Medvedev, Viktor Yanukoviç iştirak edir.

Forum Ukrayna prezidenti Viktor Yanukoviçin təşəbbüsü ilə təşkil olunub. Yanukoviç saray girişində prezidentlərin hər birini qarşılayıb.

"Mənim, necə deyərlər, iti küncləri olmayan dəyirmi masa ətrafında toplamaq təşəbbüsümü dəstəklədiyinizə görə Sizə təşəkkür edirəm" deyə Ukrayna prezidenti bildirb.

Onun sözlərinə görə, forumda iki əsas məsələ müzakirə olunacaq - MDB çərçivəsində iqtisadi əməkdaşlığın aktivləşdirilməsinin mexanizmləri və nəqliyyat, turizm infrastruktrunun birgə inkişaf layihələrinin həyata keçirməsi üzrə planları.

"Ümidvaram ki, bizim müzakirəmizin nəticəsi iqtisadi əməkdaşlıq sahəsində prioritetlərin uyğunlaşdırılması olacaq, - Yanukoviç bildirib.

Yanukoviçin sözlərinə görə, iqtisadi əməkdaşlıq quruma üzv dövlətləri tərəfindən MDB-nin əsas fəaliyyət istiqaməti kimi müəyyən edilib.

Yanukoviç ümid etdiyini bildirib ki, Rusiyanın prezidenti Medvedev iştirak etdiyi "böyük 8-liyin" və "böyük 20-liyin" iclaslarının nəticələrini görüş iştirakçıları ilə bölüşəcək.

Foruma sədrlik edən Medvedev bildirib ki, görüşün səbəbi pis deyil.

"Hesab edirəm ki, qeyri-rəsmi zirvə görüşü zamanı, biz Viktor Fyodoroviçin danışdığı məsələləri müzakirə edəcəyik" Rusiya prezidenti deyib.

Medvedev ümidvardır ki, görüş qalstuksuz da keçəcək.

"Qalstuku taxıb oturmaq sadəcə əzabdır" - Yaltada havanın isti olmasını nəzərdə tutan Medvedev deyib.

Bundan başqa, Medvedev bütün iştirakçılar adından 9 iyulda 60 yaşı tamam olan Ukrayna Prezidentini yubileyi münasibətilə təbrik edib və ümid etdiyini bildirib ki, Yanukoviçin rəhbərliyi altında Ukrayna sabit, firavan, güclü, etibarlı əməkdaşlara malik dövlət kimi inkişaf edəcək.

Sabah Simferopol aerodromunda forum iştirakçıları üçün aviatexnika nümayiş olunacaq.

Xəbər lenti

Xəbər lenti