...

Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Demokratiya Uğrunda İttifaq arasında dialoqa ehtiyac var – Sülhəddin Əkbər

Siyasət Materials 6 Avqust 2010 15:21 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə Demokratiya Uğrunda İttifaq (DUİ) arasında dialoqa ehtiyac var.
Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Demokratiya Uğrunda İttifaq arasında dialoqa ehtiyac var – Sülhəddin Əkbər

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə Demokratiya Uğrunda İttifaq (DUİ) arasında dialoqa ehtiyac var. Bu barədə cümə günü Trend-ə açıqlamasında Müsavat Partiyası Məclis ininsədri Sülhəddin Əkbər bildirib.

"Biz həm AXCP, həm də KXCP ilə aparılan müzakirələrdə bu məsələlərdə nə dərəcədə həssas olduğumuzu hər iki partiyanın diqqətinə çatdırırıq. Lakin hər şey Müsavat Partiyasından asılı deyil. Gərginliyin aradan qaldırılması üçün siyasi iradə olmalıdır", - Əkbər əlavə edib.

Onun sözlərinə görə, DUİ-nin əsas aparıcı qüvvəsi Klassik Xalq Cəbhəsi Partiyasıdır (KXCP). Ona görə də DUİ ilə AXCP arasında münasibətlərin gərginləşməsi məhz KXCP faktorundan irəli gəlir.

Azərbaycanın müxalif DUİ, AXCP və Müsavat Partiyası iyulun 31-də Bakının mərkəzində kütləvi aksiya keçirməyə cəhd ediblər. AXCP-nin avqustun 4-də mitinqlə bağlı yaydığı bəyanatda mitinqin AXCP və Müsavatın birgə təşəbbüsü ilə keçirildiyi qeyd olunub. Bəyanatda DUİ-nin fəaliyyəti qeyd olunmayıb. Bunun nəticəsi olaraq hər iki siyasi qurum bir-birini yalan danışmaqda ittiham edib.

Müsavat funksioneri hesab edir ki, bu insident müxalifətin birliyi ideyasına mənfi təsir göstərməyəcək: "Mən məsələnin şişirdilməsinin tərəfdarı deyiləm. Düşünmürəm ki, mətbuata verilən açıqlamalar müxalifətin birliyinə əngəl törədəcək. Müxalifətin birliyinə əhəmiyyətli dərəcədə təsir edə biləcək məsələlər bu partiyaların rəhbərlərinin siyasi iradəsidir. Ortada xoş məram və siyasi iradə olarsa, bu kimi məsələr birlik ideyasına həlledici təsir göstərə bilməz", - Əkbər bildirib.

O qeyd edib ki, gələcək aksiyalarda hansı partiyanın Müsavatla birgə aksiyalar keçirəcəyi də sual altındadır.

"Bizim fikrimiz hər üç qüvvənin birgə aksiyalar keçirməsi və digər demokratik güclərin də bu aksiyalara qoşulmasıdır. Lakin bu məslə barədə hələ ki söz demək mümkün deyil. Hansı siyasi qüvvələrin birgə aksiya keçirəcəyini danışıqlar göstərəcək", - Əkbər bildirib.

Xəbər lenti

Xəbər lenti