...

Bakı polisi keçmiş məhkumdan 5 kiloqramdan çox narkotik götürüb

Siyasət Materials 9 Avqust 2010 10:48 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Bakı polisi keçmiş məhkumdan 5 kiloqramdan çox narkotik götürüb

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Bakı polisi keçmiş məhkumdan 5 kiloqramdan çox narkotik götürüb.

Bakı Şəhər Baş Polis İdarəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Ulduz Əliyevdən 5 kiloqram 540 qram narkotik vasitə olan marixuana aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti