...

Gürcüstanda yanğınlar qəsdən odvurma nəticəsində baş verib - nazir

Siyasət Materials 10 Avqust 2010 17:49 (UTC +04:00)
Gürcüstanın ətraf mühit və təbii sərvətlər naziri Qoqa Xaçidze jurnalistlərə bildirib ki, Gürcüstan meşələrində yanğınlar qəsdən törədilib.
Gürcüstanda yanğınlar qəsdən odvurma nəticəsində baş verib - nazir

Gürcüstan, Tbilisi, 10 avqust /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın ətraf mühit və təbii sərvətlər naziri Qoqa Xaçidze jurnalistlərə bildirib ki, Gürcüstan meşələrində yanğınlar qəsdən törədilib. "Mənim subyektiv fikrim ondan ibarətdir ki, Samsxe-Cavaxeti meşələrində yanğınlar qəsdən odvurma nəticəsində baş verib və istintaqda artıq şübhəlilər var", - nazir bəyan edib.

"Son günlər Samsxe-Cavaxetidə iki böyük yanğın qeydə alınıb. Onlardan biri Borjomi dərəsindəki zəifləyən və təhlükə törətməyən, ikincisi isə başqa vəziyyətin hökm sürdüyü Atskuri yanğınıdır. 25 hektar sahədə meşə yanıb. Son məlumatlara görə, yeni ocaqlar yaranmayıb. Hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər, hərbçilər səfərbər olunub və onlar yanğının söndürülməsinə çalışırlar", - o deyib.

Bu arada Gürcüstanın Baş naziri Nika Gilauri hökumətin iclasında əhalini ehtiyatlı olmağa çağırıb və yanğın törədilməsinin ölkə qanunları ilə cəzalandırıldığını bəyan edib. "Bir sıra hallarda soyuqqanlılıq üzündən baş verən hallar cəzaya layiqdir. Mən hamını xəbərdar edirəm və əvvəlcədən ehtiyatsızlıqdan qaçmaq üçün öz hərəkətlərimə diqqət yetirməyə çağırıram", - Gilauri bəyan edib.

Xəbər lenti

Xəbər lenti