...

Tbilisidə Prezident sarayının qarşısında kütləvi etiraz aksiyası planlaşdırılır

Siyasət Materials 3 Sentyabr 2010 11:53 (UTC +04:00)
Sentyabrın 10-da Tbilisidə Prezident sarayının qarşısında siyasi dustaqların azad olunması tələbi ilə kütləvi etiraz aksiyasının keçirilməsi planlaşdırılır.
Tbilisidə Prezident sarayının qarşısında kütləvi etiraz aksiyası planlaşdırılır

Gürcüstan, Tbilisi, 3 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Sentyabrın 10-da Tbilisidə Prezident sarayının qarşısında siyasi dustaqların azad olunması tələbi ilə kütləvi etiraz aksiyasının keçirilməsi planlaşdırılır.

"Ara" ("Yox") müxalif gənclər qeyri-hökumət hərəkatından Trend-ə verilən məlumata görə, bu gün aksiya təşkilatçıları Tbilisi meriyasına aksiyanın keçirilməsinə icazə verilməsi ilə bağlı ərizə təqdim edəcəklər.

"Ara" sentyabrın 10-na siyasi, qeyri-qanuni və dini dustaqların həbs olunmasının həm rəsmi, həm də real sübut və səbəblərindən ibarət sənəd hazırlayacaq. Həmin sənəd Gürcüstanda akkreditə olunmuş diplomatik missiya və beynəlxalq təşkilatlara göndəriləcək.

Müxalifət belə hesab edir ki, Gürcüstanda 60-a qədər siyasi dustaq var.

Xəbər lenti

Xəbər lenti