...

İranla Azərbaycan arasında mal dövriyyəsinin inkişafı üçün tərəflər ilk növbədə nəqliyyat infrastrukturunu inkişaf etdirməlidirlər - Azərbaycanın İrandakı səfiri

Siyasət Materials 19 Sentyabr 2010 21:06 (UTC +04:00)
İranla Azərbaycan arasında mal dövriyyəsinin inkişafı üçün tərəflər ilk növbədə nəqliyyat infrastrukturunu inkişaf etdirməlidirlər. Bunu bazar günü Tehranda Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov deyib.
İranla Azərbaycan arasında mal dövriyyəsinin inkişafı üçün tərəflər ilk növbədə nəqliyyat infrastrukturunu inkişaf etdirməlidirlər - Azərbaycanın İrandakı səfiri

İran, Tehran, 19 sentyabr /Trend, müxbir E.Hüseynov/

İranla Azərbaycan arasında mal dövriyyəsinin inkişafı üçün tərəflər ilk növbədə nəqliyyat infrastrukturunu inkişaf etdirməlidirlər. Bunu bazar günü Tehranda Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov deyib.

Hazırda iki ölkə arasında mal dövriyyəsi 500-600 milyon dollar arasında enib-qalxır, bu isə tərəflərə əl vermir, çünki potensial tamamilə istifadə olunmur, səfir İran-Azərbaycan "Azərbaycan Respublikası: əvvəlki təcrübə və qarşıdakı perspektiv" konfransında deyib

Axundov onu da qeyd edib ki, İran tərəfi mal dövriyyəsinin 10 milyard dollara qədər artırmaq istəyir, amma buna nail omaq üçün çox çalışmaq lazımdır. Ilk növbədə nəqliyyat infrastrukturunu, xüsusilə də İranın ərazisində Rəşt-Qəzvin-Astara dəmir yolunu tikməklə Şimal-Cənub nəqliyyat dəhlizini inkişaf etdirmək zəruridir. Zəncan-Miyanə-Ərdəbil-Muğan dəmiryol maqistralın tikilməsi də vacibdir.

Diplomatın fikirinə görə, çox böyük potensiala malik olan sərhəd rayonları da mal dövriyyəsinin inkişafına əhəmiyyətli töhfə verə bilərlər. Gürcüstanın birgə layihələrə cəlb edilməsi və vahid enerji sisteminin yaradılması da iqtisadi potensialının möhkəmlənməsinə xidmət edə bilər.

Səfir ikitərəfli münasibətləri dostluq və qardaşlıq əlaqələri kimi xarakterizə edib, onların yüksək səviyyədə olmasını qeyd edib. Son illər və aylarda İrandan Azərbaycana və əksinə yüksək səviyyəli hökümət nümayəndə heyətlərinin səfərlərinin sıxlığı buna sübütdür.

Axundov İranın dini rəhbərliyini Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında müsəlman mədəniyyət abidələrinin, o cümlədən məscidlərin dağıdılmasına daha çox diqqət yetirməyə çağırıb. O, İranın sülhyönlü nüvə proqramının Azərbaycan tərəfindən dəstəklədiyini təsdiq edib.

Cavanşir Axundov İranın Dağlıq Qarabağ məsələsinin nizamlanması üzrə danışıqlarının Tehranda keçirilməsi barədə təşəbbüsünü Ermənistan tərəfdən rədd etməsindən təəssüfləndiyini bildirib.

Tehran uiversitəsində keçirilən birgünlük konfrans Qafqaz Araşdırmalar İnstitutu (İran) və İran İslam Respublikasındakı Azərbaycan səfirliyi tərəfindən təşkil olunub.

Xəbər lenti

Xəbər lenti