...

Mixail Saakaşvili Lissabon sammiti çərçivəsində görüşlər keçirəcək - XİN

Siyasət Materials 15 Noyabr 2010 13:41 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Lissabonda NATO sammiti ilə yanaşı Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edən ölkələrin rəhbərlərinin görüşü keçiriləcək. Görüşdə Gürcüstan Prezidenti Mixail Saakaşvili də iştirak edəcək. Bu barədə bazar ertəsi ənənəvi brifinqdə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze deyib.

Onun sözlərinə görə, görüş noyabrın 20-də baş tutacaq.

"Lissabona səfər çərçivəsində Gürcüstan Prezidentinin Türkiyə Prezidenti, Böyük Britaniya, Avstraliya və Çexiya baş nazirləri ilə görüşləri planlaşdırılıb", - Kalandadze qeyd edib.

NATO sammiti noyabrın 19-20-də keçiriləcək.

Kalandadzenin sözlərinə görə, bu, bir sıra təkliflərin irəli sürüləcəyi çox mühüm sammitdir. Bundan başqa, Alyansın startegiyasına dair yeni konsepsiyanın qəbul edilməsi də planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti