...

Dünya Azərbaycanlı Gənclərin I Konqresinin proqramı müəyyənləşib

Siyasət Materials 22 Noyabr 2010 15:42 (UTC +04:00)
Almaniyanın Frankfurt şəhərində 2010-cu il noyabrın 27-28-də keçiriləcək Dünya Azərbaycanlı Gənclərin I Konqresinin proqramı müəyyənləşib.
Dünya Azərbaycanlı Gənclərin I Konqresinin proqramı müəyyənləşib

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir M.Əliyev/

Almaniyanın Frankfurt şəhərində 2010-cu il noyabrın 27-28-də keçiriləcək Dünya Azərbaycanlı Gənclərin I Konqresinin proqramı müəyyənləşib. Bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər.

İkigünlük tədbirin açılışı "The Westin Grand" otelində olacaq. Konqresin işi 4 mövzudan ibarətdir. "Azərbaycan həqiqətlərinin təbliği və diaspor quruculuğunda gəncliyin rolu" adlı ilk mövzunun aparıcısı Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, Milli Məclisin deputatı Fuad Muradov olacaq. Bu hissədə Türkiyə-Azərbaycan Dərnəyinin sədri, Türkiyə Strateji Analizlər və Beynəlxalq Əlaqələr Mərkəzinin (TÜRKSAM) başqanı Sinan Oğan "Gəncliyin diaspor quruculuğu və lobbiçilik fəaliyyətində rolu və yeri", "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nürəddin Mehdiyev "Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və zəngin milli-mədəni irsimizin təbliğində xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin yeri", Azərbaycan Diplomatik Akademiyasının icraçı dekanı Fariz İsmayılzadə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan gəncliyi", Böyük Britaniyanın York Universitetinin məzunu Səbuhi Rzayev "Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi", Amerika Azərbaycanlıları Şurasının prezidenti, Amerika Azərbaycanlıları Şəbəkəsi USAN-ın Los-Anceles və Kaliforniya regionu üzrə icraçı direktoru Cavid Hüseynov "Azərbaycan həqiqətlərinin təbliği, diaspor təşkilatları arasında qarşılıqlı əməkdaşlığın inkişafı və beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi: mövcud təcrübə və gələcək perspektivlər" mövzularında məruzələr təqdim edəcəklər.

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun baş katibi Elşad İskəndərovun aparacağı ikinci mövzu isə "Mədəniyyətlərarası dialoqun inkişafında gəncliyin rolu" adlanacaq. Bu hissədə Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Ramil Həsənov "Gənc siyasətçilərin Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında yeri və rolu", Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təmsilçisi, Rusiya Gömrük Akademiyasının tələbəsi Fərid Həsənov "Azərbaycanın Avropaya inteqrasiyası prosesində ictimai dünyagörüşün uzlaşdırılması və milli-mənəvi dəyərlərin qorunması problemlərinə müasir gəncliyin baxışı", "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin icraçı direktoru Şahin Seyidzadə "Mədəniyyətlərarası dialoqun inkişafı, mədəni-etnik müxtəlifliyin təbliği problemləri və müasir Azərbaycan gəncliyi", ABŞ-ın Kolumbiya və İllinoys universitetlərinin məzunu, qloballaşma məsələləri üzrə ekspert Nicat Məmmədli "Azərbaycan və qloballaşan dünyanın reallıqları - gənclərin gözü ilə" mövzusunda çıxışlar edəcəklər. Həmçinin, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası haqqında da ətraflı məlumat veriləcək.

Konqresin üçüncü mövzusu "Xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası" adlanacaq. Avropa Azərbaycanlıları Cəmiyyətinin sədri Tale Heydərovun aparıcılıq edəcəyi bu hissədə Azərbaycan Gənclərinin Avro-Atlantika Təşkilatının sədri Ziya Qazıyev "Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası sahəsində problemlər və onların həlli yolları", Dünya Тürk Gəncləri Birliyinin sədri, millət vəkili Əkrəm Abdullayev "Azərbaycanlı gənclərin ictimai-siyasi həyatda fəal iştirakının təmin olunması sahəsində qarşıda duran vəzifələr", BMT-nin Bakı ofisinin şöbə müdiri Məzahir Əfəndiyev "Xaricdə fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatlarının yerli ictimai və dövlət qurumları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə əlaqələri", Almaniyanın Höttingen Universitetinin doktorantı Vüsal Əliyev "Xaricdə yaşayan azərbaycanlı gənclərin lobbi quruculuğu prosesində iştirakı", Avropa Azərbaycanlıları Konqresi (AAK) İcraiyyə Komitəsinin üzvü, Norveç Azərbaycan Gənclər Assosiasiyasının (NAYO) sədri Ramil Əliyev "Vətəndaş cəmiyyətinin formalaşdırılmasında gənclər təşkilatlarının rolu" barədə çıxışlar səsləndirəcəklər.

"İrəli" İctimai Birliyinin sədri Ceyhun Osmanlının aparıcılıq edəcəyi "İnsan hüquq və azadlıqlarının müdafiəsi gənclər təşkilatlarının fəaliyyətində" adlı sonuncu hissədə isə "Xaricdə yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının qorunması sahəsində gənclər təşkilatlarının rolu", "Ermənistanın Azərbaycana təcavüzü nəticəsində azərbaycanlıların məruz qaldığı hüquq pozuntuları hallarının beynəlxalq məhkəmələrə çıxarılması perspektivi gənclər təşkilatının fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi", "Azərbaycanlı gənclər təşkilatlarının insan hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əlaqələrinin qurulması və inkişaf etdirilməsi perspektivləri", "Vətəndaş cəmiyyətinin formalaşdırılmasında gənclər təşkilatlarının rolu" mövzularında məruzələr təqdim olunacaq. Bu mərizələrlə Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun sədri Orxan Əkbərov, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əməkdaşı Vüqar Fətəliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Gürcüstan Azərbaycanlıları Konqresi nəzdində Gənclər Təşkilatının sədr müavini, "Gürcüstan Azərbaycanlıları" qəzetinin baş redaktoru Ramila Hüseynova çıxış edəcəklər.

Tədbirdə həmçinin Dünya Azərbaycanlı Gənclər Birliyinin (UWAY- The Union of World Azerbaijani Youth) yaradılması ideyası müzakirə ediləcək. Konqresin sonunda yekun sənədlər qəbul olunacaq.

Konqresi Diasporla İş üzrə Dövlət Komitəsi Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcək. Tədbir Azərbaycan Prezidentinin təsdiq etdiyi "Azərbaycan Gəncliyi Dövlət Proqramı"na uyğun olaraq keçiriləcək. Tədbirdə Azərbaycan dövlət və hökumət nümayəndələrindən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun, gənclər və idman naziri Azad Rəhimovun, millət vəkillərinin, Nazirlər Kabinetinin əməkdaşının, Azərbaycan Respublikasının Rusiya, Fransa, Avstriya, Almaniya, Böyük Britaniya, İsveçrə və Türkiyədəki fövqəladə və səlahiyyətli səfirlərinin, ölkəmizin Avropa Şurası, TürkPA, İKT Gənclər Forumundakı nümayəndələrinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təmsilçilərinin iştirakı gözlənilir. Konqresə dünyanın müxtəlif ölkələrindən 115 azərbaycanlı gənc, təxminən 40 diaspor təşkilatının rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən bir sıra gənclər təşkilatlarının rəhbərləri, eləcə də xaricdə təhsil alan tələbələr, ayrıca olaraq Almaniyada təhsil alan 40-dək azərbaycanlı tələbə və kütləvi informasiya vasitələrinin nümayəndələri qatılacaq. Bununla yanaşı, konqresə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının - RAGT-nin (AMOR) boyük bir nümayəndə heyəti ilə qatılması nəzərdə tutulub. RAGT Azərbaycan diasporunun mədəni həyatının inkişafında keyfiyyətcə yeni mərhələ, gənclərə doğru atılan cəsarətli addımdır. Bu layihədə təkcə diasporun həyatı deyil, Rusiyanın özünün gənclər siyasətinin bir sıra cəhətləri əhatə edilir. RAGT gənclərin vətəndaşlıq təşəbbüslərini əlaqələndirir. Hazırda RAGT Azərbaycandan kənarda ən fəal gənclər təşkilatıdır.

Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin təşkili xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi məqsədinə xidmət edir.

Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb

Layihə ilə bağlı yazılar aşağıdakı linqlərdir

http://az.trend.az/news/society/1784463.html

http://az.trend.az/news/society/1784555.html

http://az.trend.az/news/society/1783636.html

http://az.trend.az/news/society/1782698.html

http://az.trend.az/news/society/1780194.html

http://az.trend.az/news/karabakh/1780129.html

http://az.trend.az/news/society/1780114.html

http://az.trend.az/news/politics/1779698.html

http://az.trend.az/capital/energy/1779708.html

http://az.trend.az/news/society/1775315.html

http://az.trend.az/news/karabakh/1771475.html

http://az.trend.az/news/society/1771449.html

http://az.trend.az/news/politics/1771264.html

http://az.trend.az/news/politics/1771281.html

http://az.trend.az/news/society/1770126.html

http://az.trend.az/news/society/1769966.html

http://az.trend.az/news/politics/1768183.html

http://az.trend.az/news/karabakh/1763854.html

http://az.trend.az/news/society/1767513.html

http://az.trend.az/news/society/1767208.html

http://az.trend.az/news/society/diaspora/1766801.html

http://az.trend.az/news/society/diaspora/1764515.html

http://az.trend.az/news/society/diaspora/1764255.html

http://az.trend.az/news/society/diaspora/1763034.html

http://az.trend.az/news/society/diaspora/1763005.html

http://az.trend.az/news/society/diaspora/1762913.html

http://az.trend.az/news/society/diaspora/1761223.html

http://az.trend.az/news/society/diaspora/1760042.html

http://az.trend.az/news/society/diaspora/1759567.html

http://az.trend.az/news/society/diaspora/1760841.html

http://az.trend.az/news/society/diaspora/1751056.html


http://az.trend.az/news/society/diaspora/1753599.html


http://az.trend.az/news/society/diaspora/1755854.html

http://az.trend.az/news/society/diaspora/1757632.html

Xəbər lenti

Xəbər lenti