...

Azərbaycan Diplomatik Akademiyası və Argentinanın Diplomatik Xidmət İnstitutu arasında memorandum imzalanıb (FOTO)

Siyasət Materials 25 Noyabr 2010 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Diplomatik Akademiyası (ADA) və Argentinanın Diplomatik Xidmət İnstitutu arasında cümə axşamı Bakıda əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu barədə cümə axşamı Trend-ə ADA-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, memoranduma əsasən, ADA və Argentinanın Diplomatik Xidmət İnstitutu tələbə, tədqiqatçı mübadiləsi və elmi mübadilə həyata keçirəcək. Argentina univesitetlərinin birində Azərbaycan mərkəzinin, ADA-da isə Latın Amerikası ilə bağlı araşdırmalar aparacaq mərkəzin açılması da nəzərdə tutulub. Digər tərəfdən qərara alınıb ki, Argentinadan ADA-ya təhsil məqdəsi ilə gələn tələbələrə təqaüd verilsin.

Azərbaycanda səfərdə olan Argentinanın xarici işlər, beynəlxalq ticarət və etiqad nazirinin müavini Alberto Pedro D'Alotto Azərbaycan xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayevlə görüşüb.

Paşayev deyib ki, Argentinanın elm, informasiya texnologiyaları və kənd təsərrüfatı sahələrində ciddi nailiyyətlərə imza atıb. Eyni zamanda, ölkə Cənubi Amerikada xüsusi nüfuza malikdir. Bu baxımdan Argentinada Azərbaycan haqqında ətraflı və dolğun məlumatın olması vacibdir.

Alberto Pedro D'Alotto Azərbaycanda gördüklərindən məmnun qaldığını, ölkənin siyasi və iqtisadi cəhətdən inamla inkişaf etdiyini bildirib.

Argentinanın xarici işlər, beynəlxalq ticarət və etiqad nazirinin müavininin çərşənbə günündən Azərbaycana səfəri başlayıb. Səfər çərçivəsində hər iki ölkə arasında siyasi məsləhətləşmələrə dair memorandum imzalanıb.

Xəbər lenti

Xəbər lenti