...

Azərbaycanın Kosta Rikada səfiri təyin edilməsi barədə etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

Siyasət Materials 30 Noyabr 2010 10:31 (UTC +04:00)
Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov eyni zamanda Kosta Rikada səfir təyin edilməsi barədə etimadnamələrini Kosta Rikanın Prezidenti xanım Laura Çinçilla Mirandaya (Laura Chinchilla Miranda) və xarici işlər və dini məsələlər naziri Rene Kastro Salasara (René Castro Salazar) təqdim edib.
Azərbaycanın Kosta Rikada səfiri təyin edilməsi barədə etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov eyni zamanda Kosta Rikada səfir təyin edilməsi barədə etimadnamələrini Kosta Rikanın Prezidenti xanım Laura Çinçilla Mirandaya (Laura Chinchilla Miranda) və xarici işlər və dini məsələlər naziri Rene Kastro Salasara (René Castro Salazar) təqdim edib. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Meksikadakı səfirliyindən bildiriblər.

Keçirilmiş görüşlər zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin, o cümlədən təhsil, mədəniyyət, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

Prezident Laura Çinçilla ilə görüş zamanı səfir Muxtarov Azərbaycan Prezidenti İlham Əliyevin öz həmkarına olan salamlarını çatdırıb və Azərbaycanın Kosta Rikadakı ilk səfiri vəzifəsində çalışacağı müddətdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün mümkün olduğu qədər səy göstərəcəyini bildirib.

Görüşlər əsnasında səfir Muxtarov Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsinə toxunaraq, işğal edilmiş ərazilər və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi barədə qarşı tərəfə məlumat verib. Prezident Laura Çinçilla öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü və ölkəmizin münaqişə ilə əlaqədar mövqeyini dəstəklədiyini bildirib.

Səfir Muxtarov Kosta Rikaya səfəri çərçivəsində, həmçinin Kosta Rikanın Diplomatiya İnstitutunun direktoru Xose Xakin Çaverri Sievert ilə görüşüb və iki ölkənin diplomatik təhsil ocaqları arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Xəbər lenti

Xəbər lenti