Azərbaycan, Bakı, 13 dekabr /Trend/
Dünən Batumidə ümummilli lider Heydər Əliyevin vəfatının növbəti ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycanın Gürcüstanın Acariya Muxtar Respublikasındakı baş konsulluğu təşkil edib. Bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Mərasimdə Azərbaycanın Batumidəki baş konsulu Hüseyn Nəcəfov, Acariya Respublikasının maliyyə və iqtisadiyyat naziri Giya Bolkvadze, Acariya Administrasiyasının rəhbəri Zurab Beridze, eləcə də Acariyadakı Azərbaycan icmasının və Acariyanın gürcü ziyalılarının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Hüseyn Nəcəfov Heydər Əliyevin həyat yolundan, müasir Azərbaycanın qurulmasında onun rolundan, eləcə də Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafındakı xidmətlərindən danışıb.
Öz növbəsində, Beridze Heydər Əliyevin Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafı və dərinləşməsində, həmçinin Cənubi Qafqazın siyasi arxitekturasının yaradılmasındakı rolundan bəhs edib.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.