Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Həməd bin Xəlifə Al Tanini təbrik edib. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Qətər dövlətlərarası münasibətlərinin, dostluq və əməkdaşlıq əlaqələrimizin inkişafı və möhkəmləndirilməsi naminə qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - təbrikdə deyilir.
İlham Əliyev Şeyx Həməd bin Xəlifə Al Taniyə möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Qətər xalqına sülh və firavanlıq arzulayıb.