...

ABŞ Azərbaycan ilə əməkdaşlığın gücləndirilməsinə ümid edir - səfir Brayza (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 6 Fevral 2011 22:25 (UTC +04:00)
ABŞ Azərbaycan ilə əməkdaşlığın gücləndirilməsinə və dərinləşdirilməsinə ümid edir, Trend-in məlumatına görə bunu bazar günü ABŞ-ın Azərbaycana yeni təyin olunan səfiri Metyu Brayza Bakıya gəlişində deyib.
ABŞ Azərbaycan ilə əməkdaşlığın gücləndirilməsinə ümid edir - səfir Brayza (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub  (İlk xəbər 22:00-də yayılıb)

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir V.Javoronkova/

ABŞ Azərbaycan ilə əməkdaşlığın gücləndirilməsinə və dərinləşdirilməsinə ümid edir, Trend-in məlumatına görə bunu bazar günü ABŞ-ın Azərbaycana yeni təyin olunan səfiri Metyu Brayza Bakıya gəlişində deyib.

"Biz təəssüf edirik ki, səfir gözləntisi bu qədər uzun müddət çəkdi. Hər halda, heç olmamaqdan gec olmaq daha yaxşıdır. ABŞ-ın Azərbaycana səfiri kimi Bakıya qayıtmaq mənim üçün böyük şərəfdir. Eyni zamanda Prezident İlham Əliyevə etimadnaməmi təqdim etmək də mənim üçün şərəf olacaq", Brayza deyib.

Səfir Bakıya qayıdışının fərəh doğurduğunu bildirdi. "Mənim ailəm və mən burda olmağımıza çox şadıq. Biz ölkələrimiz arasında tərəqqinin, demokratiya institutlarının inkişafı, sülhün möhkəmlədirilməsi sahələrində əlaqələrin gücləndirilməsini və əməkdaşlığın dərinləşdirilməsini səbirsizliklə gözləyirik", Brayza bildirib.

ABŞ-ın Azərbaycana yeni təyin olunan səfiri Metyu Brayza bazar günü axşam Bakıya gəlib.

Prezident Barak Obama Metyu Brayzanı ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyin edib.

ABŞ Konstitusiyasına görə, prezidentin irəli sürdüyü namizədlər ABŞ Konqresinin Senatında təsdiq olunmalıdırlar. Lakin Konqresin sessiyalararası tətildə olması ilə əlaqədar prezident təkbaşına kadr təyinatları edə bilər.

Prezidentin fərmanı onun seçdiyi şəxslərə Senatın təsdiqini gözləmədən dərhal yeni vəzifələrinin icrasına başlamaq imkanı verir. Lakin Konqres növbəti sessiyasının sonunadək (2011-ci ilin noyabr-dekabrı) namizədləri təsdiqləməsə, bu əmr qüvvədən düşəcək.

Ağ ev xəbər verir ki, bu və ya digər namizəd öz müzakirələrini 147 gün gözləyərsə, Prezident Konqresin təsdiqi olmadan təyinat verə bilər. ABŞ Senatının Xarici Əlaqələr Komitəsi sentyabrın 22-də Brayzanın Azərbaycana səfir təyin edilməsini təsdiq edib. Əvvəllər Brayza ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisinin müavini olub.

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə Brayzanın namizədliyi rəsmən ABŞ Prezidenti Barak Obama tərəfindən təklif edilib.

Azərbaycanda ABŞ diplomatik missiyasının başçısı vəzifəsi ötən ilin iyul ayında, ABŞ-in keçmiş səfiri Enn Dörsinin səlahiyyət müddəti bitəndən sonra boş qalıb.

Metyu Brayza 2005-ci ildə Avropa və Avrasiya məsələləri üzrə dövlət katibi köməkçisinin müavini təyin olunub. Bu vəzifədə Brayza Cənubi Qafqaz və Cənubi Avropa ilə əlaqələrə cavabdeh idi. O, ABŞ-ın Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişəsinin həlli səylərinə, Qara dəniz və Xəzər dənizi regionlarında ABŞ-ın enerji siyasətinə rəhbərlik edib.

O, 2006-2009 illərdə Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri kimi xidmət edib.

Xəbər lenti

Xəbər lenti