...

Kuba XİN rəhbəri Azərbaycana səfər edəcək

Siyasət Materials 14 Fevral 2011 11:03 (UTC +04:00)
Kubanın xarici işlər naziri Bruno Rodriqes Parilya fevralın 17-də Azərbaycana rəsmi səfər edəcək. Bu barədə bazar ertəsi Trend-ə Kubanın Azərbaycandakı səfiri Marseli Kabalyero Torres məlumat verib.
Kuba XİN rəhbəri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir S.Ağayeva/

Kubanın xarici işlər naziri Bruno Rodriqes Parilya fevralın 17-də Azərbaycana rəsmi səfər edəcək. Bu barədə bazar ertəsi Trend-ə Kubanın Azərbaycandakı səfiri Marseli Kabalyero Torres məlumat verib.

Kuba XİN rəhbərinin azərbaycanlı həmkarı Elmar Məmmədyarov və ölkə rəhbərliyi ilə görüşü planlaşdırılıb. Diplomat bildirib ki, danışıqların mövzusu ölkələr arasında ikitərəfli əməkdaşlığın inkişafı məsələləri, eləcə də beynəlxalq arenada qarşılıqlı fəaliyyət olacaq.

Xəbər lenti

Xəbər lenti