...

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsindən azad edilib

Siyasət Materials 16 Fevral 2011 10:37 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Elxan Nuriyev tutduğu vəzifəsindən azad edilib
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru  vəzifəsindən azad edilib

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Elxan Nuriyev tutduğu vəzifədən azad edilib. SAM-ın mətbuat xidmətinin rəhbəri Anar Hüseynovun Trend-ə verdiyi məlumata görə, o, Prezident İlham Əliyevin 21 yanvar tarixli sərəncamı ilə vəzifəsindən kənarlaşdırılıb.

Hüseynovun sözlərinə görə, mərkəzə yeni direktor təyin edilməyib.

Məlumata görə, bu vəzifəni hazırda SAM-ın direktor müavini Gülşən Paşayeva müvəqqəti icra edir.

Elxan Nuriyev Prezident İlham Əliyevin sərəncamına əsasən, 2008-ci il fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdi.

Xəbər lenti

Xəbər lenti