...

Ukraynanın müdafiə nazirinin Azərbaycana rəsmi səfəri başlayır

Siyasət Materials 16 Mart 2011 13:37 (UTC +04:00)
Bu gün Ukraynanın müdafiə nazirinin Azərbaycana rəsmi səfəri başlayır.
Ukraynanın müdafiə nazirinin Azərbaycana rəsmi səfəri başlayır

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün Ukraynanın müdafiə nazirinin Azərbaycana rəsmi səfəri başlayır.

Trend-in məlumatına görə, bu barədə Ukraynanın Müdafiə Nazirliyinin rəsmi saytı xəbər verir.

Üç gün davam edəcək səfər çərçivəsində ukraynalı nazir Mixail Yeje Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Artur Rasizadə, spiker Oqtay Əsədov, müdafiə naziri Səfər Əbiyev, Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi ilə görüşlər keçirəcək.

Görüşlərdə iki ölkə arasında ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti