...

Ukraynanın müdafiə naziri Azərbaycanın Baş naziri ilə görüşüb

Siyasət Materials 17 Mart 2011 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir T.Hacıyev/

Ukrayna Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın mövqeyini dəstəkləyir. Trend-in məlumatına görə, bunu Ukraynanın müdafiə naziri Mixail Yejel Azərbaycanın Baş naziri Artur Rasizadə ilə cümə axşamı keçirdiyi görüşdə deyib.

Baş nazir Rasizadə Azərbaycanla Ukrayna arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara məlumat verən Baş nazir bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü diqqətə çatdırıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti