...

Azərbaycan Prezidenti Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi haqqında Əsasnaməni təsdiq edib

Siyasət Materials 8 Aprel 2011 20:39 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi haqqında Əsasnamənin, idarənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə fərman imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Azərbaycan Prezidenti Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi haqqında Əsasnaməni təsdiq edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi haqqında Əsasnamənin, idarənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə fərman imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Fərmanla "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi haqqında Əsasnamə" və "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin strukturu" təsdiq edilib, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin aparatının işçilərinin say həddi 30 ştat vahidi müəyyən edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin tabeliyində olan qurumlar dövlət büdcəsinin vəsaiti, həmçinin xidmətlər göstərilməsindən və işlərin görülməsindən əldə edilən vəsait hesabına fəaliyyət göstərirlər.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti