...

Azərbaycan-İordaniya əlaqələri çiçəklənir - İordaniya mətbuatı

Siyasət Materials 10 May 2011 11:35 (UTC +04:00)
İordaniyanın "Əd-Diyar" qəzetində jurnalist Raid Xalidin Azərbaycan və İordaniya Haşimilər Krallığı arasında münasibətlər haqqında məqaləsi dərc olunub.
Azərbaycan-İordaniya əlaqələri çiçəklənir - İordaniya mətbuatı

Azərbaycan, Bakı, 10 may /Trend/

İordaniyanın "Əd-Diyar" qəzetində jurnalist Raid Xalidin Azərbaycan və İordaniya Haşimilər Krallığı arasında münasibətlər haqqında məqaləsi dərc olunub. Məqalədə bildirilir ki, Azərbaycan hələ gənc dövlət hesab edilməsinə baxmayaraq, İordaniya ilə sıx əlaqələrə malikdir və krallıqla bütün sahələrdə əməkdaşlıq edir.

Müəllif qeyd edir ki, uzun olmayan müstəqillik illəri ərzində Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyat yaradıb.

Raid Xalid öz məqaləsində yazır ki, təəssüf ki, Azərbaycan ərazilərinin bir hissəsinin hələ də Ermənistanın işğalı altında olmasına baxmayaraq, Azərbaycan xalqı öz torpaqlarının geri qaytarılacağına ümidini itirmir və ölkəsinin ərazi bütövlüyünün çox tez bir zamanda bərpa edilməsi üçün mümkün olan hər şeyi edir.

Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda başda ticarət naziri, doktor Hani əl-Mülki olmaqla İordaniyanın Ticarət Nazirliyinin nümayəndə heyətini qəbul edib. Məqalədə bildirilir ki, görüş zamanı iki ölkənin müxtəlif sahələrdə münasibətlərinin perspektivləri müzakirə edilib.

Məqalədə Azərbaycanın İordaniyadakı səfiri Elman Araslının krallığın daima Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəklədiyi üçün Azərbaycanın İordaniya ilə əlaqələrin inkişafında maraqlı olması barədə sözləri verilib.

Xəbər lenti

Xəbər lenti