...

Azərbaycan və Çexiya prezidentlərinin təkbətək görüşü keçirilib (FOTO)

Siyasət Materials 17 May 2011 11:52 (UTC +04:00)
Mayın 17-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çexiya Respublikasının Prezidenti Vatslav Klausun təkbətək görüşü olub. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Azərbaycan və Çexiya prezidentlərinin təkbətək görüşü keçirilib (FOTO)

Azərbaycan, Bakı, 17 may /Trend/

Mayın 17-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çexiya Respublikasının Prezidenti Vatslav Klausun təkbətək görüşü olub. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Dövlət başçıları ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildiriblər.

Prezidentlər Azərbaycan-Çexiya münasibətlərinin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq baxımından əhəmiyyətini qeyd ediblər.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Foto - Azərbaycan Prezidentinin rəsmi saytı

Xəbər lenti

Xəbər lenti