...

Azərbaycanın dövlət müstəqilliyi günü İordaniyada qeyd olunub (FOTO)

Siyasət Materials 24 May 2011 14:21 (UTC +04:00)
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü və 28 may - Respublika günü münasibətilə Azərbaycanın İordaniyadakı səfirliyi tərəfindən Əmmanda rəsmi qəbul təşkil edilib.
Azərbaycanın dövlət müstəqilliyi günü İordaniyada qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 24 may /Trend/

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü və 28 may - Respublika günü münasibətilə Azərbaycanın İordaniyadakı səfirliyi tərəfindən Əmmanda rəsmi qəbul təşkil edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyindən bildirilib.

Tədbirdə İordaniyanın rəsmi və işgüzar dairələrinin, ölkədə akkreditə olunmuş diplomatik missiyaların, Azərbaycan icmasının, yerli KİV-lərin və İordaniya-Azərbaycan dostluq cəmiyyətinin nümayəndələri, Qafqaz xalqları icmalarının (çeçenlər və çərkəzlər) nüfuzlu üzvləri, tanınmış ziyalılar iştirak ediblər. Tədbirə toplaşan qonaqların sırasında İordaniya parlamentinin üzvləri, Xarici İşlər Nazirliyinin və Silahlı Qüvvələrin rəsmiləri də olub.

Bir sıra nazirlər və yerli şirkətlərin rəhbərləri tədbirə çiçək çələngləri göndərərək ölkəmizə münasibətdə öz ehtiramlarını izhar ediblər. Qeyd edilən əlamətdar tarixlər münasibətilə İordaniyanın müxtəlif dövlət qurumları, idarə və təşkilatları, ayrı-ayrı şəxslər tərəfindən səfirliyə təbrik məktubları göndərilib.

Qəbul zamanı səfir Elman Araslı çıxış edərək Azərbaycanın tarixi keçmişinə nəzər salıb və müstəqillik dövrünün reallıqları barədə danışıb. Səfir Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından etibarən keçən 20 il ərzində həyata keçirilmiş düzgün və mütərəqqi siyasət nəticəsində əldə edilmiş uğurları sadalayıb.

Mərasim boyu Azərbaycanın xalq, klassik və estrada musiqisi səsləndirilib. Bundan əlavə, Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi inkişafı, habelə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və onun nəticələri haqqında kitab və bukletlər qonaqlar arasında paylanılıb.

Xəbər lenti

Xəbər lenti