...

Azərbaycan və İtaliya arasında parlamentlərarası əlaqələr müzakirə edilib (FOTO)

Siyasət Materials 16 İyun 2011 13:39 (UTC +04:00)
Azərbaycan və İtaliya parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Bu barədə Trend-ə cümə axşamı Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.
Azərbaycan və İtaliya arasında parlamentlərarası əlaqələr müzakirə edilib (FOTO)

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Azərbaycan və İtaliya parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Bu barədə Trend-ə cümə axşamı Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

Səfirlikdən bildirilib ki, İtaliya Senatının Avropa İttifaqı siyasəti üzrə daimi komissiyasının sədri, İtaliya-Azərbaycan Dostluq Qrupunun rəhbəri Rossana Boldinin dəvəti ilə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupun sədri Azər Kərimlinin İtaliyaya işgüzar səfəri başlayıb.

Səfərin ilk günü Azərbaycan nümayəndə heyəti İtaliya Senatının Xarici siyasət üzrə daimi komissiyasının sədr müavini Alberto Filippi və İtaliya Deputatlar Palatasının Xarici siyasət üzrə daimi komissiyasının sədri Stefano Stefani ilə görüşlər keçirib.

Həmin gün, həmçinin Senatın Avropa İttifaqı siyasəti üzrə daimi komissiyasının təşəbbüsü və Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə İtaliya Senatında "Azərbaycan-İtaliya əlaqələri" mövzusunda "dəyirmi masa" keçirilib.

Görüşlərdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov iştirak edib.

Xəbər lenti

Xəbər lenti