...

Azərbaycan Prezidenti bir qrup ictimai xadimə "Dostluq" ordenini və "Tərəqqi" medalını təqdim edib (FOTO)

Siyasət Materials 5 İyul 2011 23:45 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin təltif barədə 2011-ci il 4 iyul tarixli sərəncamı oxundu.
Azərbaycan Prezidenti bir qrup ictimai xadimə "Dostluq" ordenini və "Tərəqqi" medalını təqdim edib (FOTO)

Şəkillər əlavə olunub (ilk xəbər 16:31-də yayılıb)

Azərbaycan Prezidenti İlham Əliyev xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə təltif olunmuş bir qrup ictimai xadimə iyulun 5-də Heydər Əliyev Sarayında, Dünya azərbaycanlılarının III qurultayında fasilə zamanı "Dostluq" ordenini və "Tərəqqi" medalını təqdim edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin təltif barədə 2011-ci il 4 iyul tarixli sərəncamı oxundu.

Dövlətimizin başçısı Başar Kömürə, Ertan Demirtaşa, İоsif Şaqala, Mehmet Akkan Suverə, Suat Günselə, Vladimir Kolesnikova "Dostluq" ordenini, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya isə "Tərəqqi" medalını təqdim etdi.

Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi olan Leyla Əliyeva bu mükafata xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə layiq görülüb.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti