...

Azərbaycanın xarici işlər naziri Avropa Parlamentinin üzvlərini qəbul edib

Siyasət Materials 15 İyul 2011 19:30 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Parlamentinin üzvləri Franko Qaston, Ferreyra Fernandez Xose Manuel və Belçika Parlamentinin üzvü Alen Desteksi qəbul edib.
Azərbaycanın xarici işlər naziri Avropa Parlamentinin üzvlərini qəbul edib

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Parlamentinin üzvləri Franko Qaston, Ferreyra Fernandez Xose Manuel və Belçika Parlamentinin üzvü Alen Desteksi qəbul edib.

Məmmədyarov Azərbaycanda bütün sahələrdə sürətlə gedən inkişaf prosesi və ölkənin gündən-günə artan regional rolu barədə məlumat verib. Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlara toxunan nazir, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən birmənalı olaraq çıxarılmasının zəruriliyini və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş və özündə bu tələbi əks etdirən bir sıra sənədlərin bunun üçün hüquqi əsas təşkil etdiyini vurğulayıb.

Azərbaycanda olmalarından məmnunluq hissi keçirdiklərini deyən qonaqlar Azərbaycan Respublikası ilə Avropa Parlamenti arasında əlaqələrin inkişaf etdirilməsinin və əməkdaşlığın genişləndirilməsinin vacibliyini ifadə ediblər, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümidvar olduqlarını da bildiriblər.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti