Azərbaycan, Bakı, 27 iyul /Trend/
Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistan Prezidenti Serj Sarkisyanın çərşənbə axşamı erməni dili və ədəbiyyatı üzrə müsabiqədə erməni tələbənin sualına cavab olaraq verdiyi bəynataı qətiyyətlə pisləyib. Trend-in məlumatına görə, bu barədə Türkiyə XİN-in rəsmi saytında bildirilir.
"Dövlət xadimlərinin başlıca vəzifəsi öz cəmiyyətini, xüsusilə gəncləri sülhə və irəliləyişə hazırlamaq olmalıdır. Xalqlar arsında nifrət və düşmənçilik ideologiyasını stimullaşdıran belə yanaşma gələcək nəsillər qarşısında son dərəcədə məsuliyyətsiz hərəkətdir", - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.