...

Azərbaycan Abxaziyada keçirilmiş qondarma prezident seçkilərini tanımır - XİN

Siyasət Materials 2 Sentyabr 2011 19:22 (UTC +04:00)
Azərbaycan Abxaziyada 26 avqust 2011-ci il tarixində keçirilmiş qondarma prezident seçkilərini tanımır.
Azərbaycan Abxaziyada keçirilmiş qondarma prezident seçkilərini tanımır - XİN

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Azərbaycan Abxaziyada 26 avqust 2011-ci il tarixində keçirilmiş qondarma prezident seçkilərini tanımır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in yaydığı bəyanatda deyilir.

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək, Abxaziyada 26 avqust 2011-ci il tarixində keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edir", - XİN-in bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Azərbaycan XİN Cenevrə müzakirələrini tam dəstəkləyir və münaqişənin həlli istiqamətində hazırkı nizamlama prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə inanır.

Tanınmamış Abxaziya Respublikasının vitse-prezidenti Aleksandr Ankvab qondarma seçkilərdə 55 faiz səs toplayaraq qələbə qazanıb.

Ümumilikdə qondarma ölkənin ən yüksək vəzifəsinə üç namizəd iddia edirdi, bunlar Aleksandr Ankvab, Raul Hacimba və Sergey Şamba idi.

Seçkilərdə seçicilərin 70 faizdən çoxu iştirak edib. Seçkiləri yüzdən çox müşahidəçi izləyib.

Xəbər lenti

Xəbər lenti