...

Azərbaycan Prezidenti KXDR Dövlət Müdafiə Komitəsinin Sədrini təbrik edib

Siyasət Materials 8 Sentyabr 2011 18:42 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Koreya Xalq Demokratik Respublikası Dövlət Müdafiə Komitəsinin Sədri Kim Çen İrə təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti KXDR Dövlət Müdafiə Komitəsinin Sədrini təbrik edib

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Koreya Xalq Demokratik Respublikası Dövlət Müdafiə Komitəsinin Sədri Kim Çen İrə təbrik məktubu ünvanlayıb.

"Ölkənizin milli bayramı - Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Kim Çen İrə ən xoş arzularını yetirib, dost Koreya xalqına əmin-amanlıq və firavanlıq diləyib.

Xəbər lenti

Xəbər lenti