Azərbaycan, Bakı, 3 oktyabr /Trend/
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İranı dünyada müsəlmanların haqlarının müdafiə etməsində aparıcı ölkə adlandırıb, bu barədə Trend Fars informasiya agentliyinə istinadən məlumat verir.
"Tehran konfransının uğurlu keçirilməsi Fələstin xalqının haqlarının həyata keçirilməsi üçün indiki şəraitdə mühüm rol oynayır", - Paşazadə bazar günü İran parlamentinin spikeri Əli Laricani ilə görüşdə bildirib.
Paşazadə onu da qeyd edib ki, iki ölkə arasında çox dərin qardaşlıq münasibətləri mövcuddur.
Fələstin intifazəsini dəstəkləyən ikigünlük V beynəlxalq konfrans şənbə günü Tehranda "Fələstin fələstinlilərin vətənidir" devizi altında başlayıb. Konfransda müsəlman və qeyri-müsəlman ölkələrini təmsil edən parlament nümayəndə heyətləri, siyasət xadimləri, elita nümayəndələri, intellektuallar və dövlət rəsmiləri iştirak edir
Allahşükür Paşazadə dünya müsəlmanlarının İran tərəfindən müdafiəsini yüksək qiymətləndirib