...

Aİ Azərbaycanla assosiasiyalar haqqında saziş üzrə müzakirələri başa çatdırır (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 7 Oktyabr 2011 15:51 (UTC +04:00)
Avropa İttifaqı Azərbaycanla assosiasiyalar haqqında sazişin plenar müzakirəsinin son mərhələsini keçirir.
Aİ Azərbaycanla assosiasiyalar haqqında saziş üzrə müzakirələri başa çatdırır (ƏLAVƏ OLUNUB)

Üçüncü abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:15-də yayılıb)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir Y.Ostapenko/

Avropa İttifaqı Azərbaycanla assosiasiyalar haqqında sazişin plenar müzakirəsinin son mərhələsini keçirir. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda jurnalistlərə assosiasiyalar haqqında saziş üzrə danışıqlarda Aİ-nin nümayəndə heyətinin rəhbəri Con Kayer məlumat verib.

"Assosiasiyalar haqqında saziş üzrə plenar danışıqların son mərhələsi gedir", - Kayer bildirib.

O, Azərbaycanla assosiativ sazişi müzakirə etmək üçün cümə günü Bakıya gələn Aİ nümayəndə heyətinə rəhbərlik edir. Kayerin rəhbərlik etdiyi departament Avropa Qonşuluq Siyasəti çərçivəsində fəaliyyət göstərir və Şərqi Avropa və Cənubi Qafqaz ölkələrini, xüsusilə də Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukraynanı əhatə edir.

Kayerin sözlərinə görə, sazişin əsaslandığı dörd əsas şərt və siyasət, iqtisadiyyat, insan hüquqları, ticarət və demokratiyaya fokuslanmış dörd işçi qrupu mövcüddur.

"Biz çox yaxşı tərəqqiyə nail olmuşuq və bizdə onu dəstəkləmək üçün imkan var", - Kayer deyib.

O bildirib, hazırda iş əsasən ilk iki işçi qrupunda gedir, üçüncü və dördüncü qruplara iş hələ çatmayıb. Aİ-də artıq dördüncü - ticarət üzrə işçi qrupunda tərəqqiyə aid bəzi gecikmələr var.

Aİ ilə tərəfdaş-ölkələr arasındakı ticari-iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün ÜTT-yə üzv olmaq, assosiasiyalar haqqında sazişin nəzərdə tutduğu hərtərəfli azad ticarət zonalarının yaradılması da daxil olmaqla, əsas tələblərdən biridir,

Azərbaycan əvvəlki kimi təşkilatda müşahidəçi statusunu saxlayır.

"Şərq əməkdaşlığı" proqramı Azərbaycan, Ermənistan, Moldova, Ukrayna və Belarusu əhatə edir. Polşa tərəfdaş-ölkələrə viza rejiminin sadələşdirilməsini, energetika sahəsində əməkdaşlıq, azad ticarət zonalarının yaradılmasını və digər sahələrdə əməkdaşlığı təklif edən proqramın təşəbbüskarlarından biri olub.

Xəbər lenti

Xəbər lenti