...

Azərbaycanın və ya Sloveniyanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi üzrə səsvermə 24 oktyabra keçirilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 22 Oktyabr 2011 04:58 (UTC +04:00)
Nyu-Yorkda BMT-nin mənzil-qərargahında 2012-2013-cü illər üçün təşkilatın Təhlükəsizlik Şurasının (TŞ) Şərqi Avropa ölkələrindən yeni qeyri-daimi üzvülüyünə Azərbaycanın və ya Sloveniyanın seçilməsi üzrə səsvermənin bir neçə raundu nəticəsiz qalıb.
Azərbaycanın və ya Sloveniyanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi üzrə səsvermə 24 oktyabra keçirilib (ƏLAVƏ OLUNUB)

Yeni məlumat əlavə edilib (ilk xəbər saat 02:31-də yayılıb)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Nyu-Yorkda BMT-nin mənzil-qərargahında 2012-2013-cü illər üçün təşkilatın Təhlükəsizlik Şurasının (TŞ) Şərqi Avropa ölkələrindən yeni qeyri-daimi üzvülüyünə Azərbaycanın və ya Sloveniyanın seçilməsi üzrə səsvermənin bir neçə raundu nəticəsiz qalıb.

Ölkələrdən heç biri BMT Nizamnaməsində göstərildiyi kimi, səslərin üçdə ikisini toplaya bilməyib.

Seçkilərdə Azərbaycana qələbə üçün cəmi 14 səs çatmayıb.

Nəticədə səsvermənin bazar ertəsinə (24 oktyabr) keçirilməsi haqqında qərar qəbul edilib.

BMT TŞ beş - ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin - daimi və iki ildən bir seçilən 10 qeyri-daimi üzvdən ibarətdir. "Böyük beşlik"dən fərqli olaraq, qeyri-daimi üzvlər veto hüququna malik deyillər.

Seçkilərə namizədlər regional qruplar tərəfindən irəli sürülür. Afrika və Asiya-Sakit okean regionundan dərhal beş ölkə öz namizədliyini irəli sürüb. Bunlar Qırğızıstan, Mavritaniya, Mərakeş, Pakistan və Toqodur. Onlar 2011-ci il dekabrın 31-də Qabon, Livan və Nigeriyanın tərk edəcəyi yerlər uğrunda mübarizə aparırlar.

İlin sonunadək Bosniya və Herseqovinanın tutduğu yerə Şərqi Avropa dövlətləri qrupundan üç ölkə - Azərbaycan, Macarıstan və Sloveniya iddia edir.

Braziliyanın tərk edəcəyi yerə yalnız bir ölkə - Qvatemala öz namizədliyini irəli sürüb.

Reqlamentə əsasən, qeyri-daimi üzvlüyə seçkilər gizli səsvermə yolu ilə həyata keçirilir.

Azərbaycan, Qırğızıstan və Qvatemaladan başqa, doqquz namizəd ölkə artıq bundan əvvəl BMT TŞ-nin qeyri-daimi üzvü olub.

BMT Nizamnaməsinin 23-cü maddəsinə görə, Baş Assambleya Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvünü seçərkən, ilk növbədə, həmin ölkələrin beynəlxalq sülhün və təhlükəsizliyin saxlanması və təşkilatın digər məqsədlərinə nail olunmasında iştirak dərəcəsinə diqqət ayırır.

Xəbər lenti

Xəbər lenti