...

Azərbaycan və Bolqarıstan prezidentlərinin təkbətək görüşü olub (FOTO)

Siyasət Materials 14 Noyabr 2011 16:31 (UTC +04:00)
Noyabrın 14-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun təkbətək görüşü olub
Azərbaycan və Bolqarıstan prezidentlərinin təkbətək görüşü olub (FOTO)

Noyabrın 14-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun təkbətək görüşü olub.

Trend-in məlumatına görə, görüşdə son illərdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Siyasi, iqtisadi, energetika və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivin olduğu vurğulandı. Əlaqələrimizin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik bildirildi və Bolqarıstan Prezidenti Georgi Pırvanovun Azərbaycana rəsmi səfərinin bu baxımdan önəmi qeyd edildi.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti