...

İƏT ölkələri müştərək polis təşkilatı təsis edirlər

Siyasət Materials 24 Noyabr 2011 11:24 (UTC +04:00)
İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT - ECO) üzv ölkələr regional çərçivədə cinayətkarlıqla mübarizə məqsədilə müştərək polis təşkilatı təsis edirlər.
İƏT ölkələri müştərək polis təşkilatı təsis edirlər

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir T.Cəfərov/

İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT - ECO) üzv ölkələr regional çərçivədə cinayətkarlıqla mübarizə məqsədilə müştərək polis təşkilatı təsis edirlər. Artıq ötən gün Tehranda İƏT-ə üzv ölkələrin polis rəisləri ECOPOL adlancaq yeni polis təşkilatının əsasnaməsini təsdiq etmək üçün müzakirələr aparıblar. Bu barədə Trend İranın "Hamshahrionline" qəzetinə istinadən məlumat verir.

İranın Hüquq Mühafizə Qüvvələrinin komandanı İsmayıl Əhmədi Müqəddəm bildirib ki, rəsmi Tehran İƏT-ə üzv ölkələrin müştərək polis təşkilatının təsis olunmasının tərəfdarıdır.

Onun sözlərinə görə, ECOPOL-un təşkil olunması məsələsi İƏT ölkələri tərəfindən artıq təsdiqlənib. "Əsasnamənin təsdiq olunması ilə yaxın gələcəkdə təşkilat öz işinə başlayacaq", - Müqəddəm deyib.

İƏT 1985-ci ildə yaradılıb. 1992-ci ildə təşkilata yeddi yeni dövlət - Qazaxıstan, Azərbaycan, Əfqanıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, və Özbəkistan daxil olublar. Təşkilat 1993-cü ildə BMT-də, bir il sonra isə İslam Konfransı Təşkilatında müşahidəçi statusu alıb.

Xəbər lenti

Xəbər lenti