...

SAM əməkdaşlığa dair növbəti memorandumu Yunanıstanda imzalayacaq

Siyasət Materials 28 Noyabr 2011 11:10 (UTC +04:00)
Noyabrın 28-dən dekabrın 1-dək Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın başçılıq etdiyi nümayəndə heyəti Yunanıstanda səfərdə olacaq.
SAM əməkdaşlığa dair növbəti memorandumu Yunanıstanda imzalayacaq

Azərbaycan, Bakı, 28 noyabr / Trend müxbir E.Mehdiyev/

Noyabrın 28-dən dekabrın 1-dək Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın başçılıq etdiyi nümayəndə heyəti Yunanıstanda səfərdə olacaq.

Strateji Araşdırmalar Mərkəzinin mətbuat mərkəzindən bazar ertəsi Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Afinada SAM və Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzi (İCBSS) arasında əməkdaşlığa dair memorandumun imzalanması nəzərdə tutulub. İmzalanacaq sənəddə tərəflər arasında toplantıların, görüşlərin keçirilməsi, birgə araşdırmaların aparılması, müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlıq və s. məsələlər nəzərdə tutulub.

Həmçinin noyabrın 29-u Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Afinaya səfər müddətində, SAM və İCBSS-in birgə təşkilatçılığı ilə "Yunanıstan-Azərbaycan Yaşıl Enerji Forumu" çərçivəsində "Enerji sahəsində əməkdaşlıq və Qara Dəniz hövzəsində ətraf mühitin qorunması" movzusunda təşkil olunacaq konfransda iştirak edəcəklər.

Tədbirdə Yunanıstan-Azərbaycan münasibətləri, ətraf mühitin qorunması siyasətinin təbliği, təmiz enerji modelinin qəbulu kontekstində iqtisadi əməkdaşlıq məsələləri əsas müzakirə mövzuları olacaq.

Nəzərdə tutulmuş səfər çərçivəsində SAM-ın nümayəndə heyəti Yunanıstanın dövlət rəsmiləri və "beyin mərkəzləri"nin rəhbərləri ilə görüşlər keçirərək, iki ölkənin analitik institutları arasında elmi-tədqiqat sahəsində əməkdaşlığa dair bir sıra regional əhəmiyyətli strateji layihələr ətrafında geniş müzakirələr aparacaqlar.

Xəbər lenti

Xəbər lenti