...

Türkiyədə yaşayan ermənilər Fransanın "soyqırım" haqqında qanun layihəsinin əleyhinədirlər

Siyasət Materials 21 Dekabr 2011 12:39 (UTC +04:00)
Türkiyədə yaşayan bir qrup erməni Fransa Parlamenti tərəfindən qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsi haqqında qanun layihəsinə baxılmasına qarşı etirazlarını ifadə ediblər.
Türkiyədə yaşayan ermənilər Fransanın "soyqırım" haqqında qanun layihəsinin əleyhinədirlər

Azərbaycan, Bakı, 21 dekabr / Trend, müxbir A.Tağıyeva/

Türkiyədə yaşayan bir qrup erməni Fransa Parlamenti tərəfindən qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsi haqqında qanun layihəsinə baxılmasına qarşı etirazlarını ifadə ediblər. Trend-in məlumatına görə, bu barədə TRT Haber telekanalı xəbər verib.

Türkiyədə yaşayan ermənilər Fransa Prezidenti Nikola Sarkozini ermənilərdən öz siyasi maraqlarına görə istifadə etməməyə çağırıblar.

Dünən Prezident Gül bəyan edib ki, Türkiyə Fransanın xırda siyasi haqq-hesablar naminə Ankara ilə Parisin çoxillik dostluğunu qurban verməyəcəyinə ümid edir.

O, həmçinin Fransanı qondarma "erməni soyqırımı"nın inkarına görə cəza nəzərdə tutan qanun layihəsinin qəbulu ilə bağlı məsələni bağlamağa çağırıb.

Bir müüddət əvvəl Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə-Fransa münasibətləri üçüncü tərəfin tələblərindən asılı olmamalıdır və əgər Fransa Senatı qanun layihəsini təsdiqləyərsə, Türkiyə bütün diplomatik vasitələrlə buna cavab verəcək.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bazar günü Fransa Senatının "erməni soyqırımı"nın inkar edilməsinə görə cəza tətbiqini nəzərdə tutan qanun layihəsinin qəbul ediləcəyi halda bu ölkəyə qarşı cavab addımları atacağı ilə hədələyib.

Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.

Yeni qanun layihəsi UMP-nin 40 deputatı və Yeni Mərkəz Partiyası tərəfindən imzalanıb və qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilə qədər azadlıqdan məhrum etmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi altında bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırımı" tanıyıblar.

Xəbər lenti

Xəbər lenti